Bu gün Paris-2024- Yay Olimpiya Oyunları çərçivəsində keçirilməli olan triatlon yarışı təxirə salınıb.
Bu barədə beynəlxalq federasiyanın (World Triathlon) mətbuat xidməti məlumat yayıb.
Buna səbəb Sena çayında suyun keyfiyyətinin aşağı olmasıdır.
Azərbaycan təmsilçisi Rostislav Pevtsovun da mübarizə aparacağı yarışın iyulun 31-ə təxirə salındığı bildirilib. Lakin beynəlxalq qurum idmançıların sağlamlıqlarının onlar üçün prioritet olduğunu əsas gətirərək bu yarışın keçiriləcəyinə zəmanət verməyib.