Paris-2024: Cüdoçumuz 1/8 finala vəsiqə qazandı 

Paris-2024: Cüdoçumuz 1/8 finala vəsiqə qazandı 

Bu gün Paris-2024 Yay Olimpiya Oyunlarında iştirak edən daha bir cüdoçumuz Elcan Hacıyev tatami üzərinə çıxıb. -90 kq çəki dərəcəsində qüvvəsini sınayan cüdoçumuz 1/16 finalda Türkiyə təmsilçisi Mixael Zqankla qarşılaşıb. 
Rəqibinə qalib gələn Elcan Hacıyev 1/8 finala vəsiqə qazanıb.
Qeyd edək ki, Paris-2024 Yay Olimpiya Oyunlarından iştirak edən Azərbaycan komandasının aktivində bir qızıl medal var. Komandamıza yeganə medalı cüdoçu Hidayət Heydərov (-73 kq) qazandırıb.