Cüdoçumuz Paris-2024-də mübarizəni dayandırdı

Cüdoçumuz Paris-2024-də mübarizəni dayandırdı

Olimpizm xəbərləri

31.07.2024, 14:44

Cüdo üzrə yığma komandamızın üzvü Elcan Hacıyev Paris-2024 Yay Olimpiya Oyunlarında 1/8 final görüşünə çıxıb. 90 kq çəki dərəcəsində qüvvəsini sınayan cüdoçumuz fransalı Nqayap Hambu ilə qarşılaşıb. Görüş rəqib idmançının qələbəsi ilə başa çatdığından Elcan Hacıyev mübarizəni dayandırıb.  Xatırladaq ki, cüdoçumuz 1/16 finalda Türkiyə idmançısı Mixael Zqanka qalib gəlmişdi. Avqustun 2-dək davam edəcək cüdo yarışlarında daha iki idmançımız tatami üzərinə çıxacaq.  Qeyd edək ki, Paris-2024 Yay Olimpiya Oyunlarından iştirak edən Azərbaycan komandasının aktivində hazırda bir qızıl medal var. Komandamıza yeganə medalı cüdoçu Hidayət Heydərov (-73 kq) qazandırıb.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR