Cüdo üzrə yığma komandamızın sonuncu üzvü Uşanqi Kokauri Paris-2024 Yay Olimpiya Oyunları çərçivəsində bürünc medal uğrunda təsəlliverici görüşə çıxıb. +100 kq çəki dərəcəsində mübarizə aparan idmançımız kubalı dünya çempionu Endi Qranda ilə qarşılaşıb. Rəqibinə məğlub olan idmançımız Paris-2024-lə vidalaşıb.
Beləliklə, Paris Olimpiadasına 9 (2 qadın, 7 kişi) cüdo ilə yollanan millimiz Oyunları 2 qızıl medalla başa vurub. Komandamıza qızıl medalları yarışlarının əvvəlki günlərində tatami üzərinə çıxan Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) qazandırıb.