Nazim Hüseynov: “Olimpiya çempionluğunu özümə ad günü hədiyyəsi etmişəm”
BOK
02.08.2024, 21:32
Bu gün Azərbaycanın ilk Olimpiya çempionu cüdoçu Nazim Hüseynovun 55 yaşı tamam olur. 1992-ci ildə Barselonada keçirilən Yay Olimpiya Oyunlarında fəxri kürsünün ən yüksək pilləsinə qalxan Nazim Hüseynov iki dəfə (1992-1993-cü illərdə) Avropa çempionu tituluna, bir dəfə isə dünya çempionatının gümüş mükafatına sahib olub. Cüdo əfsanəsi idman sahəsində göstərdiyi uğurlara görə 1995-ci ildə “Şöhrət” ordeninə layiq görülüb. Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2022-ci il noyabrın 12-də Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin yaradılmasının 30 illik yubileyi münasibəti ilə və idmanın inkişafında xidmətlərinə görə “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adı ilə təltif edilib.
Onun Azərbaycan cüdo tarixində qoyduğu iz yüzlərlə gənci bu idman növünə həvəsləndirib. Bu idmançılar indi də bayrağımızı beynəlxalq arenalarda yüksəklərdə dalğalandırmağa davam edirlər.
Azərbaycan Milli Olimpiya Komitəsinin və Azərbaycan Cüdo Federasiyasının İcraiyyə Komitəsinin üzvü Nazim Hüseynovla hazırladığımız müsahibəni oxuculara təqdim edirik. - Nazim müəllim, bu gün 55 yaşınız tamam olur. Bu illər ərzində hansı yaddaqalan məqamlarla baş-başa qalmısınız?
- Ən yadda qalan məqamlardan danışarkən təbii ki, Olimpiya çempionu olduğum günü qeyd edə bilərəm. Həmin tarix ad günümə təsadüf edirdi. Çempion olmaqla bir növ özümə ən böyük hədiyyəni etdim. Fəxr edirəm ki, Azərbaycanın ilk Olimpiya çempionu kimi bayrağımızı dalğalandırmışam. Həyatımda xoş məqamlar yetərincə olub. Ailə həyatı qurduğum tarix, övladlarımın dünyaya gəldiyi günlər də ömrümün ən yaddaqalan səhifələridir. Əlbəttə, zamanla çətinliklərlə də üzləşmişəm. Amma şükürlər olsun ki, onlara da qalib gələ bilmişəm.
- Uşaqlıq və yeniyetməlik illərinizi necə xatırlayırsınız? - Hər bir uşaq kimi, mənim də uşaqlıq illərim maraqlı olub. Əvvəl Nizami rayonunda yerləşən 70 saylı məktəb-liseydə, sonra isə Bakıxanov qəsəbəsindəki 61 saylı məktəbdə təhsil almışam. 1980-ci illərin sonlarından etibarən cüdo ilə məşğul olmuşam. Artıq altıncı sinifdə ardıcıl qələbələrin sevincini yaşamışam. Yeddinci sinifdə respublika çempionatında fərqlənmişəm. Çətin vaxtlar idi. Lakin xoşbəxt idik. Doxsanıncı illərdə artıq bütün dünyada tanınırdım. Məlumdur ki, Olimpiya çempionu olub, Avropa çempionatının qızıl medalını vətənimizə gətirmişdim. - Cüdonu sizə bu qədər sevdirən nədir? - Ümumiyyətlə, uşaqlıqdan bütün güləş idman növlərini sevmişəm. Hətta qısa bir müddət güləşlə məşğul olmuşam. O vaxtlar cüdo ilə bağlı müxtəlif filmlər göstərirdilər. Elə həmin filmlər cüdoya olan marağımı daha da artırdı və bu idman növü ilə məşğul olmağa başladım. Cüdonu digər idman növlərindən fərqləndirən bir çox xüsusiyyətlər var ki, bunlardan ən başlıcası nizam-intizam, səliqə-səhman və təmizlikdir. - Tatamidə qələbələriniz kifayət qədər çoxdur. Bəs həyatda ən böyük “ippon”unuz nədir? - Həyatda ipponlarım çox olub. Lakin ən böyük uğurum gözəl ailəyə və övladlara sahib olmağımdır. Çox xoşbəxtəm ki, belə bir ailəyə sahibəm. - Bəs həyat sizə heç “şido” veribmi?
- Bir müddət çətinliklərlə üzləşdim. Həmin anları xatırlamaq istəmirəm. Çox haqsızlıqlar gördüm, çətin məqamlarım olub. Universitetə qəbul ola bilmədikdən sonra atamın yanında fəhləlik edirdim. Amma bununla belə cüdodan ayrılmadım. Həmin vaxtlar həyatımın ən çətin anları idi. Buna rəğmən mübarizə aparmağı bacardım. Ən əsası Tanrının ədalətinə, ilahi qüvvənin hər şeyi yerbəyer edəcəyinə inanmışam. - Sizin haqqınızda "İlk qızıl” adlı sənədli film çəkilib. Filmdəki sujetlər həyatınızı tam əks etdirə bilibmi? - Bu film həyatımın yalnız bir hissəsini əhatə edib. Çox həyəcanlı filim olduğu üçün çalışıram ki, o filmə baxmayım. Daha çox Barselonadakı tarixi uğurum və ailə həyatımın bir hissəsi lentə köçürülüb. Amma düşünürəm ki, insan həyatını özündə əks etdirən bir film ərsəyə gətirmək elə də asan deyil. Həyatımız bir filimdir. Biz isə onun qəhrəmanları. Ssenari isə taleyin hökmünə aiddir. - Nazim müəllim, Paris-2024 Yay Olimpiya Oyunlarında iştirak edən Azərbaycan cüdoçularının çıxışını ilk Olimpiya çempionu kimi necə qiymətləndirirsiniz? - Sizə verdiyim əvvəlki müsahibəmdə qeyd etmişdim ki, Paris-2024-də cüdoçularımız ən azından bir qızıl medal qazanacaqlar. Sevindirici haldır ki, komandamız iki qızıl medala sahib çıxdı. Bu Oyunlarda Elcan Hacıyevdən də medal gözləyirdim. Təəssüf ki, təcrübəsizlik ona mane oldu. Hidayət Heydərov isə əsl idmançı xarakteri göstərərək, Avropa və dünya çempionluğunun ardından Olimpiya Oyunlarının da qalibi oldu. Zelim Kotsoyev də sona qədər mübarizə apararaq komandamıza növbəti qızıl medalı qazandırdı. Ümid edirəm ki, bu Olimpiya Oyunları medalların sayına və əyarına görə digərlərindən fərqlənəcək. - Parisdə cüdoçularımızın çempion olduqları tarix sizin Barselonadakı qələbənizlə eyni vaxta təsadüf edir. - Bizim dövrümüzdə ilk olaraq ağır çəkili cüdoçular mübarizəyə başlayırdılar. Amma bu gün isə əksinə, aşağı çəkili idmançılar tatami üzərinə birinci çıxırlar. Yadıma gəlir ki, Barselona-1992 Yay Olimpiya Oyunlarında ilk çıxışım avqustun 2-nə təsadüf etmişdi. Həmin gün tatamiyə çıxdım və Olimpiya çempionu adını qazandım. Bir sözlə, Olimpiya çempionluğunu özümə ad günü hədiyyəsi etmişəm. Barselona-1992-nin cüdo yarışları da iyulun 27-dən avqustun 2-dək keçirilmişdi. Parisdə də cüdo yarışlarının keçirilmə tarixi eynilə belədir. Hesab edirəm ki, bu tarixlər Azərbaycan üçün çox düşərlidir. Cüdoçularımız iki qızıl medal qazandılar. Bununla da cüdo üzrə Olimpiya çempionlarımızın sayı 4-ə çatdı. Bu münasibətlə başda cənab Prezidentimiz, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevi, Birinci vitse-prezident Mehriban xanım Əliyevanı, cüdo ailəsini və xalqımızı təbrik edirəm. Bütün idmançılarımıza uğurlar arzu edirəm. Qoy, bayrağımız hər zaman yüksəklərdə dalğalansın. Azər Əlizadə
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Kata üzrə Azərbaycan çempionatı və birinciliyi keçiriləcək
Bugün, 13:48 Cüdo
-
Çempionlar Liqası: Liqa mərhələsinə start verildi
Bugün, 01:10 Futbol
-
Velosipedçimiz Almatıda dördüncü oldu
08.09.2026, 12:30 Velosiped
-
Azərbaycan yeni Məcəlləyə uyğun milli antidopinq qaydalarını Avropada hazırlayan ilk ölkədir
08.09.2026, 12:22 AMADA
-
Formula 1: Azərbaycan Qran-prilərində marşal olmaq üçün 35 mindən çox müraciət qeydə alınıb
08.09.2026, 11:47 Formula 1
-
Türkiyəli mütəxəssis Azərbaycan Basketbol Federasiyasında yeni vəzifəyə təyin olunub
08.09.2026, 10:49 Olimpizm xəbərləri
-
Çempionlar Liqasında Liqa mərhələsinə start verilir
08.09.2026, 10:10 Futbol
-
Badmintonçumuz “Cameroon International 2026” turnirinin mükafatçıları sırasında
07.09.2026, 20:13 Olimpiya dünyası
-
Pəhləvanlarımız Vladiqafqazdan 8 medalla Vətənə qayıdıblar
07.09.2026, 16:05 Güləş
-
Üzgüçülük üzrə "İpək Yolu" Dünya Kubokunun "Bakı 2026" mərhələsinə biletlər satışda
07.09.2026, 15:53 Su idman növləri
-
Fərid Qayıbov Pakistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirini qəbuul edib
07.09.2026, 15:42 Olimpiya dünyası
-
Nicat Abbasov: Olimpiadada uğurlu çıxış üçün bəxt amili də vacibdi - MÜSAHİBƏ
07.09.2026, 15:28 Müsahibə
-
Cüdo millimiz Bakıda beynəlxalq təlim-məşq toplanışında iştirak edir
07.09.2026, 15:02 Cüdo
-
Avropa çempionatında uğurla çıxış edən cüdoçularımız Vətənə qayıdıblar
07.09.2026, 14:55 Cüdo
-
Millimiz U-23 dünya çempionatına Bakıda hazırlaşır
07.09.2026, 14:39 Güləş
-
Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatına həsr olunan fan zona yaradılıb
07.09.2026, 14:20 Cüdo
-
Kamandan oxatma üzrə Bakı şəhər çempionatı keçiriləcək
07.09.2026, 13:16 Olimpiya dünyası
-
Azərbaycanı Avropa çempionatında iki paraüzgüçü təmsil edəcək
07.09.2026, 12:01 Su idman növləri
-
Fiqurlu konkisürənimiz beynəlxalq turnirdə 6-cı yeri tutub
07.09.2026, 10:02 Olimpiya dünyası
-
Azərbaycan xizəkçisi FIS Kontinental Kubokuna vəsiqə qazanıb
07.09.2026, 01:12 Olimpiya dünyası
-
Cüdoçularımız Avropa birinciliyini 5 medalla başa vurdular
07.09.2026, 00:28 Cüdo
-
İsveçrədə uğurlu nəticə
07.09.2026, 00:03 Taekvondo
-
Paytaxtımız daha bir mötəbər yarışa ev sahibliyi etdi
06.09.2026, 12:14 Olimpiya dünyası
-
Dünya Kubokunun Yerli Təşkilat Komitəsinin növbəti iclası keçirilib
03.09.2026, 20:30 Su idman növləri
-
Avarçəkmə və kanoe üzrə Azərbaycan çempionatına yekun vurulub
03.09.2026, 13:09 Su idman növləri
-
Azərbaycanın ilk qadın idman ustası, Əməkdar artist, diktor Züleyxa Hacıyeva vəfat edib
03.09.2026, 12:22 Olimpiya dünyası
-
Faiq Qarayevə Türkiyə Voleybol Federasiyası tərəfindən mükafat verilib
02.09.2026, 22:10 Voleybol
-
Nazir ötən ay beynəlxalq yarışlarda uğur qazanan idmançılarla görüşüb
02.09.2026, 22:05 Olimpiya dünyası
-
Azərbaycanın çimərlik futbolu millisi dünya reytinqində irəliləyib
02.09.2026, 15:25 Futbol
-
Milli Paralimpiya Komitəsi paraatletika üzrə Açıq Qapı Günü keçirəcək
02.09.2026, 14:16 Olimpiya dünyası
-
Azərbaycanın atletika məşqçiləri üçün seminar keçirilib
02.09.2026, 13:29 Atletika
-
Ağırlıqqaldıranımız antidopinq qaydalarını pozduğu üçün cəzalandırılıb
02.09.2026, 12:46 AMADA
-
Avarçəkmə və kanoe üzrə Azərbaycan çempionatında ilk günün qalibləri müəyyənləşib
02.09.2026, 10:10 Su idman növləri
-
Millimizin üzvü karyerasını başa vurdu
01.09.2026, 23:50 Voleybol