Bu gün Paris-2024 Yay Olimpiya Oyunları çərçivəsində keçirilən güləş yarışlarına start verilib. Mübarizəyə ilk olaraq yunan-Roma güləşçiləri başlayıblar. Güləş yarışlarının ilk günündə klassiklərimizidən Sabah Şəriəti xalça üzərinə çıxıb. 130 kq çəki dərəcəsində qüvvəsini sınayan idmançımız 1/8 finalda estoniyalı Heyki Nabi ilə qarşılaşıb. İdmançımız rəqibinə sonuncu xal (1:1) prinsipi ilə qalib gələrək 1/4 finala vəsiqə qazanıb.
Qeyd edək ki, bu gün digər yunan-Roma güləşçimiz Murad Məmmədov (60 kq) mübarizəyə başlayacaq.Onun 1/8 finaldakı ilk rəqibi venesuelalı Rayber Joze Rodrigez Orosko olacaq.