Sərbəst güləş üzrə yığma komandamızın üzvü Maqomedxan Maqomedov Paris-2024 Yay Olimpiya Oyunlarında yarımfinal görüşünə çıxıb. 97 kq çəki dərəcəsində yer alan güləşçimiz finala gedən yolda gürcüstanlı Givi Matçaraşvili ilə qarşılaşıb. Görüş rəqib idmançının 5:0 hesablı qələbəsi ilə yekunlaşıb. Beləliklə, görüşü məğlubiyyətlə başa vuran sərbəst güləşçimiz sabah bürünc medal uğrunda mübarizə aparacaq.
Qeyd edək ki, Maqomedxan Maqomedxanov 1/8 finalda Dominikan Respublikasından olan Luis Migel Peresə, 1/4 finalda isə polşalı Mateuş Baranovskiyə qalib gəlib.
Paris-2024: Sərbəst güləşçimiz finalın bir addımlığında büdrədi






