Bu gün Fransanın paytaxtı Parisdə keçirilən XXXIII Yay Olimpiya Oyunlarına yekun vurulacaq.
Olimpiadanın son günündə sərbəst güləşçilər də mükafatlar uğrunda mübarizə aparacaqlar.
Komandamızın Paris-2024-dəki son təmsilçisi Maqomedxan Maqomedov (97 kq) da üçüncü yer uğrunda görüşə çıxacaq.
Sərbəst güləşçimizin bürünc medal uğrundakı rəqibi Nikolas De Lanq (CAR) – Murazi Mçelidze (Ukrayna) görüşünün qalibi olacaq.
Bürünc medal uğrunda qarşılaşmalara Bakı vaxtı ilə saat 14:35-də start veriləcək.
Qeyd edək ki, Paris-2014-ün bağlanış mərasimi bu gün Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Bu gün Paris-2024 Yay Olimpiya Oyunlarına yekun vurulacaq

