Azərbaycan idmançıları Paris-2024-ü 2 qızıl, 2 gümüş, 3 bürünc medalla başa vurdular
Olimpizm xəbərləri
11.08.2024, 20:08
Bu, komandamızın Olimpiya Oyunları tarixində London-2012-dən sonra ikinci ən yaxşı nəticəsidir
Paris-2024 Yay Olimpiya Oyunlarına avqustun 11-də yekun vurulub. Dünyanın 204 ölkəsindən olan 11 minə yaxın idmançı 32 idman növü üzrə ümumilikdə 329 dəst medal uğrunda mübarizə aparıb. Azərbaycan Olimpiya komandası Oyunlarda 48 idmançı ilə təmsil olunub. Yığmamız 15 idman növü üzrə 17 proqramda çıxış edib. Paris-2024 Yay Olimpiya Oyunlarını 2 qızıl, 2 gümüş, 3 bürünc medalla başa vuran komandamız medal sıralamasında Xorvatiya ilə birlikdə 30-31-ci yerləri bölüşüb. Azərbaycan komandasına qızıl medalları cüdoçular Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) qazandırıb. Taekvondoçu Qaşim Maqomedov (58 kq) və boksçu Alfonso Dominqes (92 kq) gümüş, yunan-Roma güləşçisi Həsrət Cəfərov (67 kq), sərbəst güləşçilər Maqomedxan Maqomedov (97 kq) və Giorgi Meşvildişvili (125 kq) isə bürünc medala sahib çıxıblar.
İdmançılarımız bu medalları cüdo, taekvondo, boks, güləş idman növündə qazanıblar.
Paris-2024 XXXIII Yay Olimpiya Oyunlarında ölkəmizə medal qazandıran idmançıların çıxışlarını təqdim edirik.
Cüdoçularımızın Paris-2024-dəki tarixi zəfəri
Parisdə keçirilən XXXIII Yay Olimpiya Oyunlarında Azərbaycana ilk medalı cüdo yarışlarında -73 kq çəki dərəcəsində mübarizə aparan idmançımız Hidayət Heydərov qazandırıb. Cüdo yarışlarının üçüncü günündə - avqustun 29-da tatami üzərinə çıxan dünya və dördqat Avropa çempionumuz 1/8 finalda israilli Tohar Bitbula, 1/4 finalda kanadalı Artur Margelidona, yarımfinalda isə kosovalı Akil Qyakova qalib gələrək, finala vəsiqə əldə edib. Həlledici mərhələdə cüdoçumuzun rəqibi fransalı Con Benjamin Qaba olub. Gərgin mübarizə şəraitində keçən qarşılaşmada rəqibinə qalib gələn Hidayət Heydərov Paris-2024 Yay Olimpiya Oyunlarında komandamıza ilk qızıl medalı qazandırıb. Beləliklə, Hidayət Heydərov bu il Avropa və dünya çempionluqlarının ardından Olimpiya medalını da qazanaraq, Fransada Azərbaycan bayrağını yüksəklərə qaldırıb, himnimizi səsləndirib.
Cüdo yarışlarının altıncı günündə növbəti dəfə idmançımızın qələbəsi şərəfinə Parisdə Azərbaycan himni səsləndirilib. Bu dəfə cüdo üzrə dünya və Avropa çempionumuz Zelim Kotsoyev -100 kq çəki dərəcəsində Olimpiya çempionu adını qazanıb. Cüdoçumuz 1/8 finalda polşalı Pyotr Kuçeraya, 1/4 finalda isə İsrail təmsilçisi Peter Palçikə ipponla qalib gəlib. İdmançımız finala gedən yolda özbəkistanlı Muzaffarbek Turoboyevi məğlub edib. Həlledici görüşdə cüdoçumuzun rəqibi dünya reytinqində ikinci pillədə qərarlaşan gürcüstanlı İlya Sulamanidze olub. Gözlənildiyi kimi gərgin və maraqlı mübarizə ilə yadda qalan görüşdə Zelim Kotsoyev rəqibinə qalib gələrək, Azərbaycana Paris-2024-ün ikinci qızıl medalını qazandırıb.
Bununla da Azərbaycan komandası Olimpiya Oyunlarının cüdo yarışlarında 2 qızıl medal qazanaraq, ümumi hesabda və kişilər arasında ikinci yeri tutub. Bu, yeni bir tarixi səhifə, yeni bir uğur idi. Parisdə qazanılan uğur həm də Azərbaycan Cüdo Federasiyasının dünya cüdosunda gücünün göstəricisdir.
Bir idmançı və bir gümüş medal
Azərbaycan Olimpiya komandasına növbəti medalı taekvondoçumuz Qaşim Maqomedov (58 kq) qazandırıb. Mübarizəyə 1/8 finaldan başlayan taekvondoçumuz ardıcıl olaraq irlandiyalı Cek Uolleyə, ispaniyalı Adrian Visenteyə və italiyalı Olimpiya çempionu Vito Dellakvilaya qalib gələrək, finala vəsiqə qazanıb. Final görüşündə idmançımızın rəqibi ötən il Bakıda keçirilən dünya çempionatının qalibi cənubi koreyalı Park Tae-Jun olub. Gərgin mübarizə şəraitində keçən qarşılaşmanın əvvəllərində zədələnən idmançımız görüşü sona qədər davam etdirə bilməyib. Beləliklə, Qaşim Maqomedov Paris-2024-ün gümüş medalına sahib çıxıb. Fransa paytaxtına bir idmançı ilə yollanan taekvondo millimiz maksimum nəticə ilə yadda qalıb. Bu, Azərbaycanın müstəqillik əldə etdikdən sonra taekvondo yarışlarında qazandığı ikinci medaldır. Buna qədər isə Rio-2016 Yay Olimpiya Oyunlarında Radik İsayev (+80 kq) Olimpiya çempionu olmuşdu.
Alfonso Dominqes iki Olimpiya medalı qazanan ilk boksçumuz oldu
Komandamıza növbəti gümüş medalı isə boksçumuz Alfonso Dominqes (92 kq) qazandırıb. Mübarizəyə 1/8 finaldan başlayan dəri əlcək ustamız ilk mərhələdə kubalı ikiqat Olimpiya çempionu Xulio Sesar la Krusa qalib gəlib. 1/4 finalda Aybek Oralbayı (Qazaxıstan), yarımfinalda isə Enmanuel Reyes Playı (İspaniya) məğlub edən Alfonso Dominqes adını finala yazdırıb. Bu mərhələdə boksçumuzun rəqibi özbəkistanlı Lazizbek Mullojonov olub. Gərgin mübarizə şəraitində keçən görüşdə rəqibinə məğlub olan boksçumuz Paris-2024-ün gümüş medalına sahib çıxıb. Bununla da Tokio-2020-də bürünc medal qazanan Alfonso Dominqes Azərbaycanın idman tarixinə iki Olimpiya medalı qazanan ilk boksçu kimi düşüb.
Güləşçilərimizin final seriyası 28 il sonra Paris-2024-də qırıldı
Pəhləvanlarımız isə Parisdə Olimpiya Oyunları tarixində ilk dəfə olaraq finala yüksələ bilməyiblər. Paris-2024-ə 12 (5 yunan-Roma, 6 sərbəst, 1 qadın), güləşçi ilə yollanan pəhləvanlarımızdan heç biri yarımfinal mərhələsini keçə bilməyib. Buna qədər isə Olimpiya Oyunları tarixində belə hal yaşanmayıb. Güləşçilərimiz iştirak etdikləri əvvəlki 7 Olimpiya Oyunlarında ən azı bir final görüşündə (Atlanta-1996: 1 final, Sidney-2000: 1 final, Afina-2004: 1 final, Pekin-2008: 1 final, London-2012: 4 final, Rio-2016: 3 final, Tokio-2020: 1 final) iştirak ediblər. Bu seriyanı isə Paris-2024-də davam etdirmək mümkün olmayıb.
Ümumilikdə isə Paris Olimpiadasında Azərbaycanın qazandığı hər üç, bürünc medal pəhləvanlarımızın payına düşüb (yunan-Roma 1 bürünc, sərbəst güləş 2 bürünc). “Klassiklər”in yarışında Həsrət Cəfərov üçüncü yeri tutaraq, Paris-2024-də güləş yığmamıza ilk Olimpiya medalını qazandırıb. 67 kq çəki dərəcəsində mübarizə aparan pəhləvanımız 1/8 finalda misirli Mohamed Elsayedə, 1/4 finalda isə və moldovalı Valentin Petiçə qalib gəlsə də, yarımfinalda Ukraynanı təmsil edən Azərbaycan əsilli güləşçi Pərviz Nəsibova məğlub olub. Üçüncü yer uğrunda həlledici görüşdə qırğızıstanlı Amantur İsmayılova qalib gələn Həsrət bürünc medala sahib çıxıb. Bu, yunan-Roma güləşçilərimizin Paris-2024-dəki ilk və tək medalı olub.
Sərbəst güləş yarışlarında komandamıza ilk medalı Giorgi Meşvildişvili (125 kq) qazandırıb. 1/8 finalda misirli Diaeldin Abdelmottalebə, 1/4 finalda isə monqolustanlı Lxaqvaqerel Munxtura qalib gələn güləşçimiz yarımfinalda gürcüstanlı Geno Petriaşviliyə uduzub. Üçüncü yer uğrunda görüşdə isə pəhləvanımız polşalı Robert Barana qalib gələrək, bürünc medala layiq görülüb.
Komandamıza yeddinci medalı isə Olimpiya Oyunların son günündə mübarizə aparan sərbəst güləşçimiz Maqomedxan Maqomedxanov (97 kq) qazandırıb. 1/8 finalda Dominikan Respublikasından olan Luis Migel Peresə, 1/4 finalda isə polşalı Mateuş Baranovskiyə qalib gələn pəhləvanımız finala gedən yolda gürcüstanlı Givi Matçaraşviliyə məğlub olub. O, üçüncü yer uğrunda həlledici görüşdə Ukrayna təmsilçisi Murazi Mçelidzeni məğlub edərək, bürünc medala sahib çıxıb.
Paris-2024-ü üç bürünc medalla başa vuran pəhləvanlarımız bununla da Olimpiya Oyunları tarixində 28-ci mükafatını qazanıblar. Bu mükafatlardan 4-ü qızıl, 8-i gümüş, 16-sı isə bürünc medaldır.
Maqomedxan Maqomedxanovun bürünc medalı həmçinin Azərbaycan idmançılarının müstəqillik əldə etdikdən sonra Olimpiya Oyunları tarixində qazandığı 56-cı medal olub. Müstəqil şəkildə ilk dəfə Atlanta-1996-da təmsil olunan Olimpiya komandamız 56-cı (9 qızıl, 16 gümüş, 31-ci bürünc) medalı Olimpiya Oyunlarındakı 8-ci cəhdində qazanıb. Bu, Azərbaycan komandasının Olimpiya Oyunları tarixində London-2012-dən (2 qızıl, 2 gümüş, 5 bürünc) sonra ikinci ən yaxşı nəticəsidir.
Azərbaycan komandasının Yay Olimpiya Oyunlarındakı nəticələri
| İl | İdmançı sayı | İdman növü | Qızıl | Gümüş | Bürünc | Cəmi | |
| 1. | Atlanta-1996 | 23 | 9 | 0 | 1 | 0 | 1 |
| 2. | Sidney-2000 | 31 | 8 | 2 | 0 | 1 | 3 |
| 3. | Afina-2004 | 37 | 10 | 1 | 0 | 4 | 5 |
| 4. | Pekin-2008 | 44 | 10 | 1 | 1 | 4 | 6 |
| 5. | London-2012 | 53 | 15 | 2 | 2 | 5 | 9 |
| 6. | Rio-2016 | 56 | 17 | 1 | 7 | 10 | 18 |
| 7. | Tokio-2020 | 44 | 14 | 0 | 3 | 4 | 7 |
| 8. | Paris-2024 | 48 | 15 | 2 | 2 | 3 | 7 |
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
“20 Sentyabr - Dövlət Suverenliyi Günü” münasibətilə mini futbol turniri keçirilib
Bugün, 17:35 Futbol
-
Uşaqlar arasında əyləncəli idman yarışı keçirilib
Bugün, 15:37 Olimpiya dünyası
-
“İdman hamı üçün” devizi altında kütləvi açıq idman tədbiri keçirilib
Bugün, 13:44 Olimpiya dünyası
-
Yardımlıda “20 Sentyabr - Dövlət Suverenliyi Günü”nə həsr olunmuş turnir keçirilib
Bugün, 12:29 Atletika
-
“20 Sentyabr – Dövlət Suverenliyi Günü” münasibətilə həndbol yarışı keçirilib
Bugün, 12:02 Olimpiya dünyası
-
Ədalət təmsilçimiz dünya çempionatına təyinat alıb
Bugün, 11:52 Cüdo
-
Üç boksçumuz Avropa çempionatının 1/4 finalında
Bugün, 11:17 Boks
-
Azərbaycan çempionatı başa çatıb
Bugün, 10:33 Su idman növləri
-
Atletimiz dünya çempionatında iştirak edib
Bugün, 10:12 Atletika
-
Cüdoçumuz veteranlar arasında dünya çempionu olub
20.09.2026, 22:25 Cüdo
-
Prezident İlham Əliyevin sosial media hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb
20.09.2026, 10:36 Gündəm
-
Bu gün Azərbaycanda Dövlət Suverenliyi Günüdür
20.09.2026, 09:00 Gündəm
-
AFFA və Pakistan Futbol Federasiyası arasında əməkdaşlıq məsələləri müzakirə edilib
18.09.2026, 15:40 Futbol
-
Güləşçilərimiz dünya çempionatına Göygöldə hazırlaşacaqlar
18.09.2026, 15:20 Güləş
-
Cüdo millimizin Bakıdakı dünya çempionatı üçün ilkin heyəti açıqlanıb
18.09.2026, 15:05 Cüdo
-
“Olimpsport” jurnalının yeni buraxılışı işıq üzü görüb
18.09.2026, 14:30 Olimpiya dünyası
-
Futbol üzrə Azərbaycan Kubokunun 2026/2027 mövsümünün püşkü atılıb
18.09.2026, 13:45 Futbol
-
Ümumdünya Şahmat Olimpiadası davam edir
18.09.2026, 12:33 Şahmat
-
"Formula 1" yarışı zamanı Bakıda məhdudiyyət qoyulacaq və hərəkətə icazə veriləcək yolların siyahısı açıqlanıb
18.09.2026, 10:53 Formula 1
-
Azərbaycanın 2 boksçusu Avropa çempionatına qələbə ilə başlayıb
18.09.2026, 10:05 Boks
-
Azərbaycan Basketbol Liqasında yeni mövsümün açılış oyununun tarixi müəyyənləşib
17.09.2026, 16:25 Basketbol
-
Azərbaycan Kubokunun final matçı ilk dəfə Gəncə şəhər stadionunda keçiriləcək
17.09.2026, 15:17 Futbol
-
Azərbaycan milliləri bu gün Ümumdünya Şahmat Olimpiadasında Filippin və Danimarka ilə qarşılaşacaqlar
17.09.2026, 10:11 Şahmat
-
UEFA Avropa Liqasında əsas mərhələnin ilk oyunları keçirilib
17.09.2026, 01:29 Futbol
-
"Gəncə Open-2026" Beynəlxalq Şahmat Festivalının mükafat fondu açıqlanıb
16.09.2026, 16:27 Şahmat
-
Şahin Mustafayev yenidən Azərbaycan Stolüstü Tennis Federasiyasının prezidenti seçilib
16.09.2026, 16:22 Tennis
-
Azərbaycan gimnastları IV Avropa Oyunlarına bir neçə növdə lisenziya qazanıblar
16.09.2026, 14:07 Gimnastika
-
2027-ci ildə keçiriləcək Formula 1 üzrə Azərbaycan Qran-prisinin tarixi açıqlanıb
16.09.2026, 13:20 Formula 1
-
Şahmat komandalarımız 46-cı Ümumdünya Şahmat Olimpiadasında mübarizəyə başlayır
16.09.2026, 11:52 Şahmat
-
Stolüstü tennisçilərimiz Belçikanın açıq çempionatında çıxış edəcəklər
16.09.2026, 11:36 Tennis
-
Sahildən balıqtutma üzrə Azərbaycan çempionatı keçiriləcək
16.09.2026, 10:04 Su idman növləri
-
Azərbaycan İdman Akademiyasına yeni qəbul olunmuş tələbələrlə görüş olub
15.09.2026, 20:06 Olimpiya dünyası
-
Çoxgünlük ötüşmələr üzrə Azərbaycan çempionatı yekunlaşdı
15.09.2026, 12:25 Velosiped
-
“Sabah” mövsümə rekordla başladı
15.09.2026, 11:28 Futbol