Bu gün Premyer Liqada IV tura start veriləcək 

Bu gün Premyer Liqada IV tura start veriləcək 

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında IV turun oyunlarına start veriləcək. İlk oyun günündə bir qarşılaşma təşkil olunacaq. Turun açılış matçında “Səbail” doğma meydanda “Kəpəz”i qəbul edəcək.

“ASCO Arena”da oynanılacaq görüş saat 19:00-da başlayacaq. Matçı Rauf Allahverdiyev idarə edəcək.

Qeyd edək ki, IV tura avqustun 25-də “Zirə” – “Şamaxı” görüşü ilə yekun vurulacaq.