AzƏOK-un məsul katibi Avropanın Fair Play mükafatı nominasiyasının qalibi olub
Olimpizm xəbərləri
03.09.2024, 14:39
Bugünlərdə Avropa Ədalətli Oyunlar Hərəkatının (EFPM) sayca 38-ci mükafatlarının qaliblərinin adları açıqlanıb.
Azərbaycan Milli Olimpiya Komitəsinin Ədalətli Oyunlar Komissiyası tərəfindən namizədliyi irəli sürülən qurumun məsul katibi Aysel Sultanova idmanda və gündəlik həyatda etik dəyərlər və Fair Play ideallarının təbliği kateqoriyasında Beynəlxalq İdman Mətbuatı Assosiasiyası Avropa təşkilatının (AIPS Europe) himayəsi altında təqdim olunan - EFPM "Fair Play Vox" mükafatı nominasiyasının qalibi olub.
Qeyd edək ki, laureatlar müxtəlif nominasiyalar üzrə 46 müraciət əsasında idman aləminin nüfuzlu şəxslərindən olan EFPM-in münsiflər heyəti (Danira Biliç -Xorvatiya, Alyona Kanova – Slovakiya, Rinaldo Orlandi – İtaliya, Raysard Stadniuk – Polşa) tərəfindən qiymətləndirilib.
Mükafatlar oktybarın 22-dən 24-dək Türkiyənin Mardin şəhərində keçiriləcək Avropa Ədalətli Oyunlar Hərəkatının 30 illik yubileyinə həsr olunacaq qurumun Konqress və Qala Mükafatlandırma mərasimində təqdim ediləcək.
Qeyd edək ki, EFPM mükafatlarının təqdim olunmasında məqsəd istər idmanda, istərsə də şəxsi həyatda ədalətli oyun prinsiplərinə sadiq insanları fərqləndirməkdir.
Məlumat üçün bildirək ki, AzƏOK-un məsul katibi Aysel Sultanova uzun illər Milli Olimpiya Komitəsinin “Olimpiya dünyası” qəzetinin əməkdaşı kimi fəaliyyət göstərərək, ədalətli oyun prinsiplərinin təbliğinə xüsusi önəm vermişdir. O, Avropa və Dünya Ədalətli Oyunlar Hərəkatının Azərbaycanda təşkil olunan Konqress və Assambleyalarının təşkilati məsələlərində və təbliğ olunmasında fəallığı ilə seçilmişdir.
Onun AzƏOK-da fəaliyyəti dövründə “Ədalətli Oyunlar” mövzusunda rəsm və fotomüsabiqələr, bu sahəyə həsr olunmuş müxtəlif seminarlar və tədbirlər təşkil edilmişdir.
AzƏOK-un 20 illik fəaliyyətindən bəhs edən “Azərbaycanda Ədalətli Oyunlar-20 il” kitabının redaktoru olan Aysel Sultanova ötən il AzƏOK tərəfindən “Ədalətli Oyun prinsiplərinin təbliğatçısı” nominasiyasının qalibi olmuşdur.
Avropa Ədalətli Oyunlar Hərəkatının mükafatçılarının tam siyahısı ilə aşağıdakı linkə daxil olaraq qurumun rəsmi veb səhifəsində tanış ola bilərsiniz.
http://www.fairplayeur.com/news/news/efpms-award-jury-has-made-its-decision/
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Azərbaycan üzgüçüləri "İpək Yolu" Dünya Kubokunda ölkə rekordlarını yeniləyiblər
Bugün, 14:45 Su idman növləri
-
Şəkidə bədii gimnastika üzrə regional yarış təşkil olunacaq
Bugün, 13:47 Gimnastika
-
Taekvondçularımız beynəlxalq turnirdə iştirak edəcəklər
Bugün, 13:04 Taekvondo
-
Tofiq Bəhramov adına Respublika stadionunun 75 illiyi münasibətilə yoldaşlıq matçı keçiriləcək
Bugün, 12:55 Futbol
-
AMADA rəsmisi Avropa Şurasının antidopinq iclasında iştirak edib
Bugün, 12:48 AMADA
-
Üzgüçülük üzrə Dünya Kubokunda ikinci yarış gününə start verilib
Bugün, 10:38 Su idman növləri
-
Azərbaycan Basketbol Liqasında ilk turun daha bir oyunu bu gün keçiriləcək
Bugün, 10:08 Basketbol
-
Azərbaycan milli komandası Lixtenşteynlə heç-heçə edib
01.10.2026, 22:04 Futbol
-
Bakıda üzgüçülük üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib
01.10.2026, 19:45 Su idman növləri
-
Azərbaycan komandası “Mingəçevir Reqatası-2026” beynəlxalq turnirini 22 medalla başa vurub
01.10.2026, 19:00 Su idman növləri
-
Azərbaycan Basketbol Liqasının I və II turlarında keçiriləcək iki oyun təxirə salınıb
01.10.2026, 16:53 Basketbol
-
Azərbaycanın U-20 voleybol millisi EEVZA çempionatına Qubada hazırlaşır
01.10.2026, 15:17 Voleybol
-
Bakıda stolüstü tennis üzrə beynəlxalq seminar keçirilir
01.10.2026, 14:40 Olimpizm xəbərləri
-
Üzgüçülərimiz Bakıdakı Dünya Kubokunun təsnifat mərhələsində çıxış ediblər
01.10.2026, 13:52 Su idman növləri
-
Basketbol Liqası: "Sabah" açılış oyununda qələbə qazandı
30.09.2026, 23:22 Basketbol
-
Mingəçevirdə kayak və kanoe marafonunun təqdimatı keçirilib
30.09.2026, 23:11 Su idman növləri
-
"Neftçi" FIBA Avropa Kubokunda əsas mərhələyə vəsiqə qazanıb
30.09.2026, 22:27 Basketbol
-
“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin ikinci günündə komandamız 7 medal qazanıb
30.09.2026, 21:12 Su idman növləri
-
Voleybolçularımız Avropa çempionatının 1-ci təsnifat mərhələsində iştirak edəcək
30.09.2026, 19:16 Voleybol
-
Boksçularımız Avropa çempionatı üçün Budvaya yollanırlar
30.09.2026, 18:09 Boks
-
Stolüstü tennisçilər Tbilisidən 5 medalla qayıdırlar
30.09.2026, 17:58 Tennis
-
Füzulidə Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətinə dair mətbuat konfransı keçirilib
30.09.2026, 16:47 Su idman növləri
-
Tələbələr üçün praktiki ustad dərsləri təşkil olunub
30.09.2026, 16:03 Cüdo
-
Oyan Nəzəriani: “Çimərlik güləşində iddialı ölkələrdən biriyik”
30.09.2026, 15:11 Güləş
-
“Qarabağ”ın futbolçusu Kərbəla ziyarətinə getdi
30.09.2026, 14:19 Futbol
-
Azərbaycan Alpinizm Federasiyasına yeni prezidenti seçilib
30.09.2026, 14:13 Gündəm
-
Formula 1 Azərbaycan Qran-Prisini 300-ə yaxın media nümayəndəsi işıqlandırıb
30.09.2026, 13:13 Formula 1
-
Şose velosipedi üzrə Avropa çempionatında iştirak edəcək idmançılarımız müəyyənləşib
30.09.2026, 11:11 Velosiped
-
Qırğızıstan IV MDB Oyunlarına ev sahibliyi edəcək
30.09.2026, 11:01 Olimpiya dünyası
-
Azərbaycan Basketbol Liqasında yeni mövsüm start götürür
30.09.2026, 10:24 Basketbol
-
“Neftçi” Avropa Kubokunda cavab oyununa çıxır
30.09.2026, 10:05 Basketbol
-
Almatıda MDB Bədən Tərbiyəsi və İdman Şurasının iclası olub
30.09.2026, 00:11 Olimpiya dünyası
-
Köndələn su anbarında uşaq və yeniyetmələr üçün kayak təlimi keçirilib
29.09.2026, 23:18 Su idman növləri
-
“Mingəçevir Reqatası-2026” beynəlxalq yarışına Füzulidə start verilib
29.09.2026, 22:44 Gündəm