Azərbaycanın güllə atıcısı İmran Qarayev Perunun Lima şəhərində keçirilən gənclər arasında dünya çempionatının qızıl medalını qazanıb. 50 metr məsafəyə atəş açmada idmançımız finalda 552 xalla Rumıniya təmsilçisini geridə qoyaraq çempionatın qalibi olub.
Komandamızın digər üzvü Sofiya Barxalova isə çempionatının bürünc medalına sahib çıxıb. O, qızlar arasında 50 metr məsafəyə atəş açmada 535 xalla fəxri kürsünün üçüncü pilləsinə qalxıb.