Paytaxtımız bədii gimnastika üzrə beynəlxalq turnirə ev sahibliyi edəcək

Paytaxtımız bədii gimnastika üzrə beynəlxalq turnirə ev sahibliyi edəcək

Bakıda bədii gimnastika üzrə ”Winter Fairytale” beynəlxalq turniri keçiriləcək.

Bu barədə Azərbaycan Gimnastika Federasiyasının (AGF) mətbuat xidmətindən məlumat verilib. Yarış dekabrın 14-15-də Milli Gimnastika Arenasında təşkil ediləcək.

AGF-dən bildirilib ki, tədbir 2009-2018-ci il təvəllüdlü gimnastların nağılları xatırladan çıxışlarını və qışın sehrini bir araya gətirəcək.