Mardində Avropa Ədalətli Oyunlar Hərəkatının Konqresi keçirilib
BOK
28.10.2024, 18:05
Oktyabrın 21-dən 24-dək Türkiyənin Mardin şəhərində Avropa Ədalətli Oyunlar Hərəkatının (AƏOH) Konqresi və “Qala Mükafatlandırma” mərasimi təşkil edilib. “İdmanda zorakılığa, təqiblərə və aldatmalara qalib gəlmək üçün Ədalətli Oyun Təhsili” mövzusunu əhatə edən Konqresdə 15 ölkədən 50-dək nümayəndə iştirak edib. AƏOH-un yaradılmasının 30-cu ildönümünə təsadüf edən tədbirdə ölkəmizi AƏOH-un İcraiyyə Komitəsinin üzvü, Azərbaycan Milli Olimpiya Komitəsinin Ədalətli Oyunlar Komissiyasının sədri Xəzər İsayev və komissiyanın məsul katibi Aysel Sultanova təmsil edib. Oktyabrın 22-də AƏOH-un İcraiyyə Komitəsinin və Konqresin Təşkilat Komitəsinin üzvlərinin Mardin valisi Tuncay Akkoyunla görüşü olub. Görüşdə AzƏOK sədri Xəzər İsayev tərəfindən Tuncay Akkoyuna ədalətli oyunlar komissiyası adından Türkiyə və Azərbaycan arasında qardaşlıq və dostluq münasibətlərini təcəssüm etdirən təşəkkürnamə təqdim olunub. Mardin valisi öz növbəsində Xəzər İsayevə xatirə plaketi təqdim edib. Həmin gün Atatürk Mədəniyyət Mərkəzində keçirilən “Qala mükafatlandırma” mərasimində Avropa Ədalətli Oyunlar Hərəkatının sayca 38-ci mükafatlarının qaliblərinin adları açıqlanıb. Əvvəlcə italiyalı futbolçu Antimo Yunkoya AƏOH-un İcraiyyə Komitəsinin üzvü Xəzər İsayev tərəfindən “idmanda etik dəyərlərin təbliğinin vacibliyi” kateqoriyasında fair play mükafatı təltif olunub. Daha sonra AzƏOK tərəfindən namizədliyi irəli sürülən qurumun məsul katibi Aysel Sultanova idmanda və gündəlik həyatda etik dəyərlər və Fair Play ideallarının təbliğinə görə Beynəlxalq İdman Mətbuatı Assosiasiyası Avropa təşkilatının (AIPS Europe) himayəsi altında - EFPM "Fair Play Vox" mükafatı ilə təltif edilib. Mükafat Türkiyə Ədalətli Oyunlar Komissiyasının sədri Ərdoğan Aripinar və kanoe üzrə latviyalı Olimpiya çempionu İvans Klementyevs tərəfindən təqdim edilib. Oktyabrın 23-də Mardində AƏOH-un Konqresi öz işini uğurla davam etdirib. Konqresdə yerli və beynəlxalq mütəxəssislər tərəfindən mövzu ətrafında məruzələr təqdim olunub. Tədbir çərçivəsində iştirakçı ölkələrin nümayəndələri arasında interaktiv seminar təşkil edilib. AzƏOK sədri Xəzər İsayev Azərbaycan Milli Olimpiya Komitəsi adından Avropa Ədalətli Oyunlar Hərəkatına 30 illiyi münasibətilə xatirə plaketi və MOK tərəfindən ünvanlanan rəsmi təbrik məktubunu təqdim edib. Eləcə də Azərbaycan tərəfindən Beynəlxalq Ədalətli Oyunlar Komitəsinin İcraiyyə Komitəsinin üzvü, Türkiyə Ədalətli Oyunlar Komissiyasının prezidenti Ərdoğan Aripinar və Konqresin Təşkilat Komitəsinin sədri Mehmet Samsaya ədalətli oyun sahəsində qarşılıqlı əməkdaşlığ və bu sahənin təbliğinə verdikləri dəstəyə görə mükafat təqdim edilib.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Pəhləvanlarımız Vladiqafqazdan 8 medalla Vətənə qayıdıblar
Bugün, 16:05 Güləş
-
Üzgüçülük üzrə "İpək Yolu" Dünya Kubokunun "Bakı 2026" mərhələsinə biletlər satışda
Bugün, 15:53 Su idman növləri
-
Fərid Qayıbov Pakistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirini qəbuul edib
Bugün, 15:42 Olimpiya dünyası
-
Nicat Abbasov: Olimpiadada uğurlu çıxış üçün bəxt amili də vacibdi - MÜSAHİBƏ
Bugün, 15:28 Müsahibə
-
Cüdo millimiz Bakıda beynəlxalq təlim-məşq toplanışında iştirak edir
Bugün, 15:02 Cüdo
-
Avropa çempionatında uğurla çıxış edən cüdoçularımız Vətənə qayıdıblar
Bugün, 14:55 Cüdo
-
Millimiz U-23 dünya çempionatına Bakıda hazırlaşır
Bugün, 14:39 Güləş
-
Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatına həsr olunan fan zona yaradılıb
Bugün, 14:20 Cüdo
-
Kamandan oxatma üzrə Bakı şəhər çempionatı keçiriləcək
Bugün, 13:16 Olimpiya dünyası
-
Azərbaycanı Avropa çempionatında iki paraüzgüçü təmsil edəcək
Bugün, 12:01 Su idman növləri
-
Fiqurlu konkisürənimiz beynəlxalq turnirdə 6-cı yeri tutub
Bugün, 10:02 Olimpiya dünyası
-
Azərbaycan xizəkçisi FIS Kontinental Kubokuna vəsiqə qazanıb
Bugün, 01:12 Olimpiya dünyası
-
Cüdoçularımız Avropa birinciliyini 5 medalla başa vurdular
Bugün, 00:28 Cüdo
-
İsveçrədə uğurlu nəticə
Bugün, 00:03 Taekvondo
-
Paytaxtımız daha bir mötəbər yarışa ev sahibliyi etdi
06.09.2026, 12:14 Olimpiya dünyası
-
Dünya Kubokunun Yerli Təşkilat Komitəsinin növbəti iclası keçirilib
03.09.2026, 20:30 Su idman növləri
-
Avarçəkmə və kanoe üzrə Azərbaycan çempionatına yekun vurulub
03.09.2026, 13:09 Su idman növləri
-
Azərbaycanın ilk qadın idman ustası, Əməkdar artist, diktor Züleyxa Hacıyeva vəfat edib
03.09.2026, 12:22 Olimpiya dünyası
-
Faiq Qarayevə Türkiyə Voleybol Federasiyası tərəfindən mükafat verilib
02.09.2026, 22:10 Voleybol
-
Nazir ötən ay beynəlxalq yarışlarda uğur qazanan idmançılarla görüşüb
02.09.2026, 22:05 Olimpiya dünyası
-
Azərbaycanın çimərlik futbolu millisi dünya reytinqində irəliləyib
02.09.2026, 15:25 Futbol
-
Milli Paralimpiya Komitəsi paraatletika üzrə Açıq Qapı Günü keçirəcək
02.09.2026, 14:16 Olimpiya dünyası
-
Azərbaycanın atletika məşqçiləri üçün seminar keçirilib
02.09.2026, 13:29 Atletika
-
Ağırlıqqaldıranımız antidopinq qaydalarını pozduğu üçün cəzalandırılıb
02.09.2026, 12:46 AMADA
-
Avarçəkmə və kanoe üzrə Azərbaycan çempionatında ilk günün qalibləri müəyyənləşib
02.09.2026, 10:10 Su idman növləri
-
Millimizin üzvü karyerasını başa vurdu
01.09.2026, 23:50 Voleybol
-
Millimiz Avropa çempionatında mübarizəni dayandırdı
01.09.2026, 23:30 Voleybol
-
AAF Prezidenti Kamran Nəbizadə Avropa birinciliyində 15 medal qazanmış komanda üzvləri ilə görüşüb
01.09.2026, 16:10 Ağırlıqqaldırma
-
Azərbaycan Premyer Liqasında son 10 mövsümün antirekordu
01.09.2026, 11:55 Futbol
-
Mudrik "Tottenhem"də
01.09.2026, 11:45 Futbol
-
İdmançımız 2 il müddətinə diskvalifikasiya edilib
01.09.2026, 11:36 AMADA
-
Robert Sançes İtaliyaya yollanır
01.09.2026, 10:46 Futbol
-
Voleybol millimiz AVRO-2026-da 1/8 final oyununa çıxır
01.09.2026, 10:00 Voleybol
-
"Barselona" La Liqada yeniden liderliyə yüksəldi
01.09.2026, 02:07 Futbol