Dünya Köçəri Oyunları zamanı ölkə nə qədər qazanc əldə edib  

Dünya Köçəri Oyunları zamanı ölkə nə qədər qazanc əldə edib  

Qazaxıstan Turizm və İdman Nazirliyi son iki həftə ərzində ölkəyə yarım milyondan çox xarici turistin gəldiyini açıqlayıb.

Bu barədə məlumatı Sports.kz saytı "KazTAG" portalına istinadən yayıb.

“Sentyabrın 1-dən 13-dək ölkəyə 597 min xarici turist gəlib. Xarici qonaqların ümumi xərcləri 7,5 milyard tenqə təşkil edib”, - deyə Turizm Nazirliyinin mətbuat xidmətindən bildirilib. Həmin ərəfədə paytaxt Astanada Dünya Köçəri Oyunları keçirilirib. Turizm Nazirliyindən verilən məlumata görə, ölkə büdcəsinə 625 min dollar vəsait daxil olub. Qeyd olunur ki, Oyunlar üçün dövlət büdcəsi 5,7 milyard tenqə təşkil edib. Hər bir iştirakçıya təxminən 1,8 milyon tenqə, bura idmançıların yemək, nəqliyyat və yaşayış xərcləri daxildir.

Ən çox turist Çindən (33 mindən çox), Hindistandan (6 mindən çox) və Almaniyadan (4 mindən çox) gəlib. V Ümumdünya Köçəri Oyunları çərçivəsində idmanın 21 növü üzrə 97 dəst medal mükafatlandırılıb. V Ümumdünya Köçəri Oyunlarında pul mükafatının ümumi məbləği 253 milyon KZT (836 min 249 manat) təşkil edib.