"Judo Club 2012" komandalar arasında ölkə birincisi oldu
Olimpizm xəbərləri
01.12.2024, 23:03
Qadınlar və kişilər arasında keçirilən cüdo üzrə Azərbaycan çempionatınadekabrın 1-də komanda yarışları ilə yekun vurulub.
Bakı İdman Sarayında təşkil olunan turnirin son günündə final görüşlərindən əvvəl bir neçə idmançıya dan sertifikatı təqdim olunub. Ardınca ölkəmizdə cüdo idman növünün inkişafına verdiyi dəstəyə görə "Azman Holdinq" şirkətinə təşəkkürnamə təqdim edilib.
Qeyd edək ki, komanda yarışlarında, qadınlar arasında 7, kişilərin mübarizəsində isə 9 komanda kubok uğrunda mübarizə aparıb. Qadınların yarışında -52 kq, -57 kq, -63 kq, -70 kq və +70 kq çəkilərdə, kişilərin mübarizəsində isə -66 kq, -73 kq, -81 kq, -90 kq və +90 kq çəki dərəcələrində ümumilikdə 104 cüdoçu gücünü sınayıb.
Həm kişilərin, həm də qadınların komanda yarışlarında mübarizə aparan "Judo Club 2012" klubu turniri 1 qızıl və 1 gümüş medalla başa vurub. Həlledici görüşdə "Atilla" komandası üzərində əzmkar qələbə qazanan kişilərdən ibarət komandamız turnirin qızıl medalına layiq görülüb. "Judo Club 2012"nin qadınlardan ibarət komandası isə üçüncü yer uğrunda həlledici görüşdə "Azəri" cüdo klubu üzərində qələbə qazanaraq bürünc medallara sahib çıxıb.
Xatırladaq ki, yarışın ilk iki günündə fərdi yarışlarda mübarizə aparan "Judo Club 2012"nin idmançıları 3 qızıl, 1 gümüş və 3 bürünc medalla ümumi komanda hesabında üçüncü yeri tutmuşdu.
Komandamıza qızıl medalları Fidan Əlizadə (-63 kq), Hüseyn Allahyarov (-60 kq) və Murad Fətiyev (-90 kq) qazandırıb. Komandamızın digər üzvlərindən Aslan Kotsoyev (-90 kq) gümüş, Leyla Atayeva (-63 kq), Məhərrəm İmamverdiyev (-81 kq) və Məmmədrza Hacızadə (-90 kq) isə bürünc medallara layiq görülüb.
Qeyd edək ki, "Azman Holdinq" və onun tərkibinə daxil olan "Mangal Steak House" restoranlar şəbəkəsinin də əsas sponsorlarından olan turnirin ümumi mükafat fondu bu il ilk dəfə olaraq 50 min manat təşkil edib.
Turnirdən sonra paytaxtın tanınmış ictimai məkanlarından olan “Mangal Steak House - Bayıl” restoranında "Azman Holdinq” şirkətinin təşkilatçılığı ilə yarış iştirakçıları, hakimlər və məşqçilər üçün qala şam yeməyi təşkil edilib.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Azərbaycan ilk dəfə qarüstü polo üzrə Dünya Kubokuna ev sahibliyi edəcək
23.10.2026, 18:36 Gündəm
-
Nenad Laloviç yenidən Dünya Güləş Birliyinin prezidenti seçilib
23.10.2026, 15:53 Güləş
-
Yeniyetmələrin Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan komandası ilə maarifləndirici görüş keçirilib
23.10.2026, 15:42 MOK
-
Əfsanəvi fubol mütəxəssisi Arsen Venger Hövsan Yarış Kompleksində olub
23.10.2026, 14:35 Futbol
-
Basketbol Liqasında IV tura start verilir
23.10.2026, 11:17 Basketbol
-
Millimiz bu gün Polşa komandası ilə qarşılaşacaq
23.10.2026, 10:19 Voleybol
-
Fərhad Rəcəbli 12-ci dəfə Avropa çempionu adını qazandı
22.10.2026, 20:00 Cüdo
-
Firuddin Qurbanovun 80 illik yubileyi qeyd olunub
22.10.2026, 18:30 Olimpiya dünyası
-
Azərbaycanın güləş milliləri fizioterapistlərlə təmin olunacaq
22.10.2026, 14:51 Güləş
-
Azərbaycan stolüstü tennisçiləri "Riga City Youth Cup 2026" turnirinə qatılacaqlar
22.10.2026, 14:31 Tennis
-
MOK-un Atletlər Komissiyasının nümayəndələri XIV Beynəlxalq İdman Forumunda iştirak edir
22.10.2026, 13:50 MOK
-
10 boksçumuz Avropa çempionatının yarımfinalında
22.10.2026, 10:48 Boks
-
Ədalət təmsilçimiz Avropa çempionatının seçmə oyunlarını idarə edəcək
22.10.2026, 10:31 Voleybol
-
FIFA Bakıda keçiriləcək U-15 dünya çempionatı ilə bağlı paylaşım edib
22.10.2026, 10:18 Futbol
-
Avropa Kuboku: "LANDAU Lions" Danimarka klubuna məğlub oldu
21.10.2026, 23:12 Basketbol
-
Bakıda idman dırmanması üzrə Azərbaycan çempionatı keçiriləcək
21.10.2026, 19:25 Olimpiya dünyası
-
Azərbaycanın üç boksçusu dünya çempionatında qələbə qazanıb
21.10.2026, 11:29 Boks
-
7 boksçumuz Avropa çempionatının növbəti mərhələsində
21.10.2026, 11:23 Boks
-
"Neftçi" bu gün Avropa Kubokunun qrup mərhələsində növbəti oyununa çıxacaq
21.10.2026, 11:05 Basketbol
-
"LANDAU Lions" FIBA Avropa Kubokunda Danimarka komandası ilə qarşılaşacaq
21.10.2026, 10:32 Basketbol
-
UEFA Çempionlar Liqasının III turuna 9 oyunla yekun vurulacaq
21.10.2026, 10:08 Futbol
-
"Neftçi" Avropa Kubokunun növbəti oyununda da məğlub oldu
21.10.2026, 09:37 Basketbol
-
“Qərbi Azərbaycanın idman tarixi” kitabının təqdimatı keçiriləcək
20.10.2026, 20:07 Olimpiya dünyası
-
Milli güləşçimizin irəvanlı pəhləvanı: Firudin Qurbanov - 80
20.10.2026, 15:46 Olimpiya dünyası
-
Azərbaycan Su İdmanı Federasiyasının təmsilçiləri beynəlxalq yarışda ikinci yer tutublar
19.10.2026, 17:11 Su idman növləri
-
Azərbaycanda sumonun inkişaf perspektivləri müzakirə edilib
19.10.2026, 15:54 Olimpiya dünyası
-
Ağırlıqqaldıranımız Avropa birinciliyində 3 medal qazanıb
19.10.2026, 15:47 Ağırlıqqaldırma
-
“Turan Tovuz”dan Premyer Liqada 50-ci məğlubiyyət
19.10.2026, 12:50 Futbol
-
“Judo Club 2012” ilk dəfə Çempionlar Liqasında Azərbaycanı təmsil edəcək
19.10.2026, 12:41 Cüdo
-
Misli Premyer Liqasında tamaşaçı rekordu
19.10.2026, 11:18 Futbol
-
Milli Qəhrəman Pəncəli Teymurovun xatirəsinə güləş turniri keçirilib
19.10.2026, 11:09 Güləş
-
Azərbaycan Basketbol Liqasında daha bir oyun keçiriləcək
19.10.2026, 10:52 Basketbol
-
Azərbaycanın qadın sablyaçılardan ibarət millisi Dünya Kubokunda 4-cü yeri tutub
19.10.2026, 10:34 Olimpiya dünyası
-
Gimnastlarımız Dünya Kuboku seriyalarının qalibi olublar
19.10.2026, 10:03 Gimnastika