Azərbaycan çempionatına start verildi
BOK
29.11.2024, 23:15
Noyabrın 29-da qadınlar və kişilər arasında cüdo üzrə Azərbaycan çempionatına start verilib. Bakı İdman Sarayında təşkil olunan turnirin açılış mərasimində Gənclər və idman nazirinin müavini Mariana Vasileva, Azərbaycan Cüdo Federasiyasının (ACF) icraçı vitse-prezidenti Rəşad Rəsullu, ACF-in İcraiyyə Komitəsinin üzvü, Azərbaycan Cüdo Veteranları Assosiasiyasının prezidenti Azər Əsgərov, "Azman Holdinq"in rəhbərliyi, Olimpiya çempionları və idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Açılış mərasimdə çıxış edən Mariana Vasileva ölkə çempionatının yüksək səviyyədə təşkil olunduğunu qeyd edərək yarış iştirakçılarına uğurlar arzulayıb. Turnirin hər bir idmançının karyerasında potensial dönüş nöqtəsi ola biləcəyini qeyd edən Rəşad Rəsullu isə çempionatın keçirilməsində göstərdiyi dəstəyə görə Gənclər və İdman Nazirliyinə, "Azman Holdinq" və "Azercell" şirkətlərinə minnətdarlığını bildirib.
Rəsmi çıxışlardan sonra final görüşlərinə start verilib. Turnirin ilk günündə qadınlar və kişilər arasında 7 çəki dərəcəsində 178 cüdoçu medallar uğrunda mübarizə aparıb. "Judo Club 2012" klubunun üzvləri yarışın ilk gününü 2 qızıl və 1 bürünc medalla başa vurublar. Bütün rəqiblərinə qalib gələn Hüseyn Allahyarov (-60 kq) və Fidan Əlizadə (-63kq) qızıl medallara layiq görülüb. -63 kq çəki dərəcəsində qüvvəsini sınayan Leyla Atayeva isə bürünc medala sahib çıxıb.
Qaliblərə medalları Gənclər və idman Nazirliyi və Azərbaycan Cüdo Federasiyasının nümayəndələri ilə yanaşı, cüdo üzrə ikiqat Avropa çempionu, yeddiqat Avropa, ikiqat dünya mükafatçısı, beynəlxalq turnirlərin qalib və mükafatçısı, “Judo Club 2012” klubununqadınlardan ibarət komandasının baş məşqçisi Kifayət Qasımova və "Cüdo Klub 2012” İctimai Birliyinin sədri və klubun təsisçisi, usta cüdoçular arasında dünya və Avropa çempionatlarının dəfələrlə qalibi və mükafatçısı Azər Əsgərov təqdim edib.
Xatırladaq ki, Hüseyn Allahyarova və Fidan Əlizadə bu yaxınlarda Polşanın Pila şəhərində təşkil olunan 23 yaşa qədər cüdoçular arasında Avropa çempionatında da qızıl medal qazanmışdılar.
Qeyd edək ki, "Azman Holdinq" və "Mangal Steak House" restoranlar şəbəkəsinin də əsas sponsorlarından olan turnirin ümumi mükafat fondu bu il ilk dəfə olaraq 50 min manat təşkil edib. Üç gün davam edəcək turnirin fərdi yarışlarına sabah yekun vurulacaq. Dekabrın 1-də isə cüdoçular komanda yarışlarında güclərini sınayacaqlar.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Mingəçevirdə "Kürü keçək?! 5" açıq suda kütləvi üzmə yarışı keçiriləcək
14.07.2026, 13:49 Su idman növləri
-
Bayıl stadionunda əsaslı yenidənqurma işləri yekunlaşmaq üzrədir
14.07.2026, 12:25 Futbol
-
Media və Yayım Şurasının yaradılması təklifi qəbul edildi
14.07.2026, 11:58 Gündəm
-
Şakir Quliyev: "Dinləyicilərin sevgisini qazanmaq bizim üçün ən böyük uğur idi" - MÜSAHİBƏ
14.07.2026, 11:46 Müsahibə
-
Güləşçilərimiz Budapeştdə ilin son reytinq turnirində çıxış edəcəklər
14.07.2026, 11:12 Güləş
-
"Çelsi" heyətini yeni müdafiəçi ilə gücləndirmək istəyir
14.07.2026, 10:56 Futbol
-
Dünya çempionatında yarımfinal həyəcanı başlayır
14.07.2026, 10:21 Futbol
-
"Sabah" bu gün Çempionlar Liqasında cavab oyununa çıxacaq
14.07.2026, 10:02 Futbol
-
Dünya çempionatının loqosu təsdiqlənib
13.07.2026, 17:10 Gündəm
-
Parislilər heyətini yeni müdafiəçi ilə gücləndirmək istəyir
13.07.2026, 16:41 Futbol
-
"Səbail" yeni transferini açıqladı
13.07.2026, 16:17 Futbol
-
Avarçəkənimiz gümüş medal qazandı
13.07.2026, 15:58 Olimpiya dünyası
-
Millimiz Şabranda təlim-məşq toplanışında iştirak edib
13.07.2026, 13:02 Şahmat
-
Azərbaycan avarçəkənləri Potidə 18 medal qazanıblar
13.07.2026, 10:52 Olimpiya dünyası
-
Çimərlik voleybolçularımız mükafatçılar sırasında
13.07.2026, 01:30 Voleybol
-
Sərbəst güləş millimiz rekorda imza atdı
13.07.2026, 00:53 Gündəm
-
Beynəlxalq turnirin finalçıları ilə görüş olub
12.07.2026, 19:04 Olimpiya dünyası
-
Olimpiya mükafatçısı Milli Gimnastika Arenasında ustad dərsi keçib
12.07.2026, 18:39 Gimnastika
-
Ruslan Lunyov Avropa Kubokunda qızıl medal qazanıb
12.07.2026, 10:16 Güllə atıcılığı
-
Gimnastlarımız Portuqaliyada beynəlxalq turniri 12 medalla başa vurublar
12.07.2026, 09:53 Gimnastika
-
DÇ-2026-nın yarımfinal cütləri müəyyənləşib
12.07.2026, 09:33 Futbol
-
DÇ-2026: Argentina millisi yarımfinala vəsiqə qazandı
12.07.2026, 08:08 Futbol
-
Dünya çempionatı: İngiltərə millisi yarımfinalda
12.07.2026, 04:00 Futbol
-
Güləşçimiz Avropa çempionu oldu
12.07.2026, 00:48 Güləş
-
Azərbaycan millisi Xüsusi Olimpiya Birləşmiş Dünya Kubokunun qalibi olub
10.07.2026, 16:09 Son xəbər
-
Azərbaycan klublarının Avropa Liqasında 300-cü qolu
10.07.2026, 15:45 Futbol
-
Yeni baş məşqçinin köməkçiləri müəyyənləşib
10.07.2026, 15:18 Futbol
-
Dünya çempionatında 1/4 final mərhələsinin ikinci oyunu keçiriləcək
10.07.2026, 14:47 Futbol
-
Musa Quelini "Şəfa"da
10.07.2026, 14:14 Futbol
-
Boksçularımız beynəlxalq turnirdə
10.07.2026, 13:40 Boks
-
“Gəncə”nin üç voleybolçusu milli komandalara dəvət alıb
10.07.2026, 13:22 Voleybol
-
"Seltik"də çıxış edəcəyim üçün çox xoşbəxtəm
10.07.2026, 12:54 Futbol
-
Modriç Xorvatiya millisindəki karyerasını başa vurmaq niyyətində deyil
10.07.2026, 12:18 Futbol
-
Azərbaycan UEFA reytinqində bu həftə ən çox əmsal toplayan 2 ölkədən biridir
10.07.2026, 11:48 Futbol