Bu gün kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında II tura yekun vurulacaq.
Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, sonuncu oyunda “Murov Az Terminal” "Neftçi" ilə üz-üzə gələcək. Oyun saat 15:00-da başlayacaq.
Qeyd edək ki, ötən gün “Xilasedici” MOİK-i məğlub edib - 3:0. "Azərreyl" eyni hesabla "Gənclər" komandasını üstələyib.