Ölkəmizdə ilk dəfə tam məsafəyə marafon qaçışı keçiriləcək

Ölkəmizdə ilk dəfə tam məsafəyə marafon qaçışı keçiriləcək

Azərbaycan tarixində ilk dəfə "Prezident Kuboku" uğrunda tam məsafəyə marafon qaçışı keçiriləcək.

Bu barədə Azərbaycan Atletika Federasiyasının mətbuat xidmətindən məlumat verilib. Yarış dekabrın 22-də Qubada təşkil olunacaq.

Ümumi yaş kateqoriyası ilə yanaşı, 40, 50 və 60-dan yuxarı yaş kateqoriyalarında da qaliblər müəyyənləşəcək.

Fərqlənənlərə pul mükafatı ilə yanaşı, sertifikat, medal və digər qiymətli hədiyyələr veriləcək.