"Judo Club 2012": uğur üstə uğur gəlir…
Olimpizm xəbərləri
04.02.2025, 15:33
Klubun qızlardan və oğlanlardan ibarət komandaları ölkə birinciliyinin qalibi oldu
Azərbaycan cüdosu hazırda dinamik inkişaf edir: artıq ilin əvvəlindən idmançılarımız mötəbər beynəlxalq yarışlarda uğurla çıxış edir, nailiyyətləri artırırlar. Ölkəmizdə cüdonun populyarlaşmasına və inkişafına öz töhfəsini verən idman klubları arasında “Judo Club 2012”nin özünəməxsus sanballı payı vardır. Ötən ili 117 medalla başa çatdıran klubun idmançıları yeni mövsümə də iddialı başlayıblar.
"Judo Club 2012" klubundan verilən məlumata görə, bu günlərdə klubun üzvləri 21 yaşadək gənclər arasında ölkə birinciliyinin fərdi və komanda yarışlarında uğurlu nəticəyə nail olublar. Belə ki, fərdi yarışlarda 2 qızıl, 4 gümüş və 5 bürünc medal qazanan “Judo Club 2012” klubu oğlanlar arasında birinci, ümumi komanda hesabında isə ikinci yeri tutub. Klub həmçinin medalların sayına görə (11 medal) ilk pillədə qərarlaşıb. Fərdi yarışlarda qızıl medalları Mehdi Cəfərov (-73 kq) və Əli Qazımaqomedov (-90 kq) qazanıb. Aliyə İsmayılzadə (-48 kq), Fəqan Məmmədli (-73 kq), Tuncay Şamil (-90 kq) və Vidad Əliyev (-100 kq) ölkə birinciliyinin gümüş medallarına sahib olublar. Bürünc medallara isə Xumar Qasımzadə (-48 kq), Leyla Əliyeva (-52 kq), Leyla Atayeva (-63 kq), Süleyman Əliyev (-81 kq) və Şamil Qasımov (-100 kq) layiq görülüb. Fevralın 3-də Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman Sağlamlıq Mərkəzində keçirilən cüdo üzrə U-21 gənclər komandalarının ölkə birinciliydə “Judo Club 2012”nin həm qızlardan, həm də oğlanlardan ibarət komandaları qızıl medallara və kuboka sahib çıxıblar.
Beləliklə, klubun təmsilçiləri ötən ilin dekabr ayından bu günə qədər keçirilən ölkədaxili yarışlarda ardıcıl üçüncü dəfədir ki, oğlanlar və kişilər arasında komanda yarışlarının qalibi adını qazanırlar. Qızlardan ibarət komandalar isə bu il ardıcıl ikinci yarışdır ki, liderliyi qoruyub saxlaya bilirlər.
Xatırladaq ki, ötən ilin sonunda böyüklər arasında cüdo üzrə Azərbaycan çempionatının fərdi yarışlarında uğur qazanan klubun üzvləri kişilərin komanda yarışında birinci, qadınların mübarizəsində isə üçüncü yeri tutmuşdular.
Yeni mövsümə uğurla başlayan “Judo Club 2012”nin üzvləri, həmçinin, ilin ilk sınağı olan U-18 yeniyetmələr arasında ölkə birinciliyinin fərdi yarışlarında 9 medala layiq görülüblər. Klubun yetirmələri bu yaş qrupu üzrə həm qızlar, həm də oğlanlar arasında komanda yarışlarında çempionluğu qazanıblar. Bu möhtəşəm qələbənin ardını isə 21 yaşa qədər gənclər arasında Bakı şəhər birinciliyində 4 qızıl, 3 gümüş və 1 bürünc medal qazanan klubun gənc cüdoçuları davam etdirib. “Judo Club 2012”nin üzvləri 15 yaşa qədər kiçik yaşlı yeniyetmə cüdoçular arasında Bakı şəhər birinciliyində 2 qızıl və 1 gümüş, Belçika açıq cüdo turnirində isə iki bürünc medala sahib olublar.
Göründüyü kimi, klub nailiyyətlərini artırır, yeni çempionlar nəslinin yetirişdirilməsində fəal iştirak edir. Əlbəttə, qazanılan uğurların təməlində ölkə rəhbərliyinin idmana və idmançılara diqqət və qayğısı, Azərbaycan Cüdo Federasiyasının (ACF) kluba dəstəyi mühüm rol oynayır. Klubun dinamik, davamlı inkişafında onun təsisçisi, ACF İcraiyyə Komitəsinin üzvü, Azərbaycan Cüdo Veteranları Assosiasiyasının prezidenti, cüdo üzrə veteranlar arasında dünya və Avropa çempionatlarının dəfələrlə qalibi və mükafatçısı Azər Əsgərovun xüsusi xidmətləri vardır. Onun təşəbbüsü ilə klubun cüdo üzrə məşqçilər heyətinə adlı-sanlı tanınmış idmançılar İlqar Müşkiyev və Kifayət Qasımovanın cəlb edilməsi təqdirəlayiq haldır. Bundan başqa, klubun üzvü Zelim Kotsoyevin ötən il həm dünya, həm də Olimpiya çempionu olması burada cüdonun sirlərini öyrənən uşaqlar və yeniyetmələr üçün təsirli motivasiya mənbəyidir. Artıq klubun üzvləri iştirak etdikləri hər bir yarışda favorit qismində göstərilir və yüksək hədəflər uğrunda mübarizə aparırlar.
Gələcəkdə daha böyük uğurlara imza atmağı hədəfləyən klub rəhbərliyi yeni idmançıların yetişdirilməsi, beynəlxalq arenada Azərbaycanı təmsil edəcək çempionların hazırlanması və cüdonun daha da inkişaf etdirilməsi üçün bütün zəruri tədbirləri görür. İnanırıq ki, peşəkar rəhbərlik və məşqçi kollektivinin gərgin səyi nəticəsində klubun üzvləri bu il də çempionluq imicinə sadiqliyini nümayiş etdirərək, ölkə idmanının inkişafına öz töhfələrini daha artıracaqlar.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Dünya çempionlarına xüsusi üzük veriləcək
17.07.2026, 11:29 Futbol
-
Azərbaycan Premyer Liqasında yeni mövsümün püşkatma mərasimi keçiriləcək
17.07.2026, 11:01 Futbol
-
Azərbaycanın UEFA reytinqindəki əmsalı artıb
17.07.2026, 10:12 Futbol
-
Avropa Liqası: "Qarabağ" növbəti mərhələdə
17.07.2026, 01:57 Gündəm
-
Güləşçimiz Macarıstanda da çempion oldu
17.07.2026, 00:05 Gündəm
-
Bakıda keçiriləcək U17 güləş üzrə dünya çempionatı: Azərbaycanın seçilməsinin başlıca səbəbləri
16.07.2026, 23:24 Olimpiya dünyası
-
"Judo Club 2012"nin cüdoçuları region birinciliyində uğurla çıxış ediblər
16.07.2026, 22:12 Cüdo
-
"Zirə" Konfrans Liqasının növbəti mərhələsində
16.07.2026, 21:56 Futbol
-
Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatına həsr olunmuş mətbuat konfransı keçirilib
16.07.2026, 14:44 Cüdo
-
Sofiyada gümüş medal
16.07.2026, 14:43 Su idman növləri
-
Rəşad Rəsullu: "Dünya çempionatı komandamızın hazırkı səviyyəsini qiymətləndirmək baxımından böyük əhəmiyyət daşıyır"
16.07.2026, 13:19 Cüdo
-
Cüdo üzrə dünya ulduzları Bakıya gələcək
16.07.2026, 13:08 Cüdo
-
Dünya çempionatında 90-a yaxın ölkədən 600-dən çox cüdoçunun iştirak edəcəyi gözlənilir
16.07.2026, 12:56 Cüdo
-
Rəşad Rəsullu: "İndiyədək 20-yə yaxın ölkədən cüdo həvəskarları yarış üçün bilet əldə edib"
16.07.2026, 12:40 Cüdo
-
Rəşad Rəsullu: "Məqsədimiz bu dünya çempionatını ən yüksək səviyyədə təşkil etməkdir"
16.07.2026, 12:32 Cüdo
-
Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı
16.07.2026, 10:54 Güləş
-
Avarçəkmə və kanoe üzrə açıq Bakı çempionatı keçiriləcək
16.07.2026, 10:25 Su idman növləri
-
"Qarabağ" Avropa Liqasında cavab oyununa çıxır
16.07.2026, 10:05 Futbol
-
Argentina möhtəşəm geridönüşlə dünya çempionatının finalında
16.07.2026, 01:10 Gündəm
-
Dünya çempionatının növbəti finalçısı müəyyənləşir
15.07.2026, 10:06 Futbol
-
İspaniya Dünya çempionatının finalına vəsiqə qazandı
15.07.2026, 01:04 Futbol
-
Mingəçevirdə "Kürü keçək?! 5" açıq suda kütləvi üzmə yarışı keçiriləcək
14.07.2026, 13:49 Su idman növləri
-
Bayıl stadionunda əsaslı yenidənqurma işləri yekunlaşmaq üzrədir
14.07.2026, 12:25 Futbol
-
Media və Yayım Şurasının yaradılması təklifi qəbul edildi
14.07.2026, 11:58 Gündəm
-
Şakir Quliyev: "Dinləyicilərin sevgisini qazanmaq bizim üçün ən böyük uğur idi" - MÜSAHİBƏ
14.07.2026, 11:46 Müsahibə
-
Güləşçilərimiz Budapeştdə ilin son reytinq turnirində çıxış edəcəklər
14.07.2026, 11:12 Güləş
-
"Çelsi" heyətini yeni müdafiəçi ilə gücləndirmək istəyir
14.07.2026, 10:56 Futbol
-
Dünya çempionatında yarımfinal həyəcanı başlayır
14.07.2026, 10:21 Futbol
-
"Sabah" bu gün Çempionlar Liqasında cavab oyununa çıxacaq
14.07.2026, 10:02 Futbol
-
Dünya çempionatının loqosu təsdiqlənib
13.07.2026, 17:10 Gündəm
-
Parislilər heyətini yeni müdafiəçi ilə gücləndirmək istəyir
13.07.2026, 16:41 Futbol
-
"Səbail" yeni transferini açıqladı
13.07.2026, 16:17 Futbol
-
Avarçəkənimiz gümüş medal qazandı
13.07.2026, 15:58 Olimpiya dünyası
-
Millimiz Şabranda təlim-məşq toplanışında iştirak edib
13.07.2026, 13:02 Şahmat