İki badmintonçumuz ilk dəfə dünya reytinqində "100-lük"də qərarlaşıb
Olimpizm xəbərləri
06.02.2025, 11:01
Azərbaycanın iki idmançısı tarixdə ilk dəfə dünyanın 100 ən güclü badmintonçusu sırasında yer alıb.
Azərbaycan Badminton Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, Dünya Badminton Federasiyasının (BWF) açıqladığı siyahıda beynəlxalq turnirlərdə uğurlu çıxışla yadda qalan gənc idmançı Ülvi Hüseynov reytinqdə 63-cü pilləyə yüksəlib. O, son olaraq İran İslam Respublikasında və Türkiyədə keçirilən beynəlxalq turnirlərdə mükafatçılar sırasına düşməklə reytinq xalını 4050-yə çatdırıb.
Digər gənc təmsilçimiz Həcər Nuriyeva isə 2023 və 2024-cü illərdə Tacikistan, İspaniya, Türkiyə, Zambiya və Botsvanada keçirilən beynəlxalq yarışlarda medalçılar sırasında yer almaqla 21 pillə irəliləyərək 47-ci olub. Sonuncu dəfə isə 2025-ci ildə İran İslam Respublikasında keçirilən beynəlxalq turnirdə Leyla Camalzadə ilə birgə çıxış etdiyi qoşa kateqoriyada qızıl medal qazanaraq reytinq xalını 5800-ə yüksəldib.
Qeyd edək ki, Ülvi Hüseynov 2023-cü ildən etibarən Azərbaycan Badminton Federasiyası və Malayziya Badminton Federasiyası arasında imzalanan əməkdaşlıq memorandumuna əsasən Malayziya Badminton Akademiyasında təhsil almaqla yanaşı mütəmadi olaraq Malayziyanın müxtəlif yaş qrupları üzrə milli komandalarının üzvləri ilə birgə təlim-məşq toplanışlarında iştirak edərək peşəkarlıq səviyyəsini artırır.
Qeyd edək ki, yerli idmançıların dünyanın “Top-100” badmintonçusu siyahısında yer alması Azərbaycan Badminton Federasiyasının 2025-2028-ci illəri əhatə edəcək strategiyasının əsas hədəflərindən biridir.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Pəhləvanlarımız Vladiqafqazdan 8 medalla Vətənə qayıdıblar
07.09.2026, 16:05 Güləş
-
Üzgüçülük üzrə "İpək Yolu" Dünya Kubokunun "Bakı 2026" mərhələsinə biletlər satışda
07.09.2026, 15:53 Su idman növləri
-
Fərid Qayıbov Pakistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirini qəbuul edib
07.09.2026, 15:42 Olimpiya dünyası
-
Nicat Abbasov: Olimpiadada uğurlu çıxış üçün bəxt amili də vacibdi - MÜSAHİBƏ
07.09.2026, 15:28 Müsahibə
-
Cüdo millimiz Bakıda beynəlxalq təlim-məşq toplanışında iştirak edir
07.09.2026, 15:02 Cüdo
-
Avropa çempionatında uğurla çıxış edən cüdoçularımız Vətənə qayıdıblar
07.09.2026, 14:55 Cüdo
-
Millimiz U-23 dünya çempionatına Bakıda hazırlaşır
07.09.2026, 14:39 Güləş
-
Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatına həsr olunan fan zona yaradılıb
07.09.2026, 14:20 Cüdo
-
Kamandan oxatma üzrə Bakı şəhər çempionatı keçiriləcək
07.09.2026, 13:16 Olimpiya dünyası
-
Azərbaycanı Avropa çempionatında iki paraüzgüçü təmsil edəcək
07.09.2026, 12:01 Su idman növləri
-
Fiqurlu konkisürənimiz beynəlxalq turnirdə 6-cı yeri tutub
07.09.2026, 10:02 Olimpiya dünyası
-
Azərbaycan xizəkçisi FIS Kontinental Kubokuna vəsiqə qazanıb
07.09.2026, 01:12 Olimpiya dünyası
-
Cüdoçularımız Avropa birinciliyini 5 medalla başa vurdular
07.09.2026, 00:28 Cüdo
-
İsveçrədə uğurlu nəticə
07.09.2026, 00:03 Taekvondo
-
Paytaxtımız daha bir mötəbər yarışa ev sahibliyi etdi
06.09.2026, 12:14 Olimpiya dünyası
-
Dünya Kubokunun Yerli Təşkilat Komitəsinin növbəti iclası keçirilib
03.09.2026, 20:30 Su idman növləri
-
Avarçəkmə və kanoe üzrə Azərbaycan çempionatına yekun vurulub
03.09.2026, 13:09 Su idman növləri
-
Azərbaycanın ilk qadın idman ustası, Əməkdar artist, diktor Züleyxa Hacıyeva vəfat edib
03.09.2026, 12:22 Olimpiya dünyası
-
Faiq Qarayevə Türkiyə Voleybol Federasiyası tərəfindən mükafat verilib
02.09.2026, 22:10 Voleybol
-
Nazir ötən ay beynəlxalq yarışlarda uğur qazanan idmançılarla görüşüb
02.09.2026, 22:05 Olimpiya dünyası
-
Azərbaycanın çimərlik futbolu millisi dünya reytinqində irəliləyib
02.09.2026, 15:25 Futbol
-
Milli Paralimpiya Komitəsi paraatletika üzrə Açıq Qapı Günü keçirəcək
02.09.2026, 14:16 Olimpiya dünyası
-
Azərbaycanın atletika məşqçiləri üçün seminar keçirilib
02.09.2026, 13:29 Atletika
-
Ağırlıqqaldıranımız antidopinq qaydalarını pozduğu üçün cəzalandırılıb
02.09.2026, 12:46 AMADA
-
Avarçəkmə və kanoe üzrə Azərbaycan çempionatında ilk günün qalibləri müəyyənləşib
02.09.2026, 10:10 Su idman növləri
-
Millimizin üzvü karyerasını başa vurdu
01.09.2026, 23:50 Voleybol
-
Millimiz Avropa çempionatında mübarizəni dayandırdı
01.09.2026, 23:30 Voleybol
-
AAF Prezidenti Kamran Nəbizadə Avropa birinciliyində 15 medal qazanmış komanda üzvləri ilə görüşüb
01.09.2026, 16:10 Ağırlıqqaldırma
-
Azərbaycan Premyer Liqasında son 10 mövsümün antirekordu
01.09.2026, 11:55 Futbol
-
Mudrik "Tottenhem"də
01.09.2026, 11:45 Futbol
-
İdmançımız 2 il müddətinə diskvalifikasiya edilib
01.09.2026, 11:36 AMADA
-
Robert Sançes İtaliyaya yollanır
01.09.2026, 10:46 Futbol
-
Voleybol millimiz AVRO-2026-da 1/8 final oyununa çıxır
01.09.2026, 10:00 Voleybol
-
"Barselona" La Liqada yeniden liderliyə yüksəldi
01.09.2026, 02:07 Futbol