Stolüstü tennisçilərimiz yeni sınaq qarşısında 

Stolüstü tennisçilərimiz yeni sınaq qarşısında 

Bu gün Türkiyənin Nevşehir şəhərində stolüstü tennis üzrə “WTT Youth Contender” turnirinə start verilib.

Azərbaycan Stolüstü Tennis Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, beynəlxalq yarışda Azərbaycanın stolüstü tennisçiləri də bacarıqlarını nümayiş etdirəcəklər. Millinin məşqçiləri Ramil Cəfərov və Səbinə Əzizlinin rəhbərliyi ilə Adil Əhmədzadə, Rüstəm Hacılı, Onur Quluzadə, Mərziyyə Nurmətova, Aylin Əsgərova və Yağmur Məmmədli qələbə uğrunda mübarizə aparacaqlar.

Beynəlxalq yarışa fevralın 17-də yekun vurulacaq.