Şahmat üzrə Azərbaycan çempionatının bütün finalçıları müəyyənləşib.
Azərbaycan Şahmat Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, kişilərin yarışında Teymur Rəcəbov və Rauf Məmmədov rapid mübarizəsində də heç-heçə edib. Armageddonda yarışan T.Rəcəbovla R.Məmmədovun qarşılaşmasında ikinci qələbə qazanıb.
Qadınlarda isə hər iki finalçı tay-brekdən sonra müəyyənləşib. Günay Məmmədzadə Gülnar Məmmədovadan üstün olub 1,5:0,5.
Digər cütlükdə isə Gövhər Beydullayeva Ülviyyə Fətəliyevaya qalib gəlib 1,5:0,5.
Beləliklə, sabah başlayacaq finalda Şəhriyar Məmmədyarov Rauf Məmmədovla, Günay Məmmədzadə isə Gövhər Beydullayevayla qarşılaşacaq. Üçüncü yer uğrunda görüşlərdə Misrətdin İskəndərovla Teymur Rəcəbov, Gülnar Məmmədova isə Ülviyyə Fətəliyeva ilə üz-üzə gələcək.
Oyunlar saat 15-00-da başlayacaq.