Güləş üzrə ölkə çempionatında ikinci yarış gününə yekun vuruldu

Güləş üzrə ölkə çempionatında ikinci yarış gününə yekun vuruldu

Abşeron Olimpiya İdman Kompleksində sərbəst və yunan-Roma güləşi üzrə U-20 Azərbaycan çempionatı keçirilir.

İkinci yarış günündə sərbəst güləş üzrə 61, 70, 79, 92 və 125 kq-da qaliblər müəyyənləşib.

Bəşir Verdiyev (61 kq), İsmayıl Rəhimli (70 kq), Muradxan Omarov (79 kq), Anar Cəfərli (92 kq) və Yusif Dursunov (125 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Qeyd edək ki, sabahdan etibarən 2 gün ərzində yunan-Roma güləşi üzrə qaliblər müəyyənləşəcək.