Teymur Rəcəbovun səhhətində problem yarandı, yarışdan imtina etdi

Teymur Rəcəbovun səhhətində problem yarandı, yarışdan imtina etdi

Azərbaycan qrossmeysteri Teymur Rəcəbov səhhətində yaranan problemlə bağlı şahmat üzrə ölkə çempionatında mübarizəni dayandırıb.

Bu barədə Azərbaycan Şahmat Federasiyasından məlumat verilib. 37 yaşlı şahmatçı yarışın baş hakimi Lütfiyar Rüstəmova və Təşkilat Komitəsinə müraciət ünvanlayıb. Qrossmeyster sağlamlığında yaranan problemlə bağlı çempionatda 3-cü yer uğrunda oyunlarda mübarizə apara bilməyəcəyini və bunun üzrlü hesab edilməsini bildirib. 

Qeyd edək ki, Teymur Rəcəbov üçüncü yer uğrunda görüşdə Misrətdin İskəndərovla qarşılaşacaqdı.