Martən 5-də “İdman həftəsi” çərçivəsində Gənclər və İdman Nazirliyi tərəfindən “Açıq idman günü” layihəsi keçirilib.
Bu barədə Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Nazirliyin qarşısında təşkil olunan layihədə xüsusi idman zonasında Azərbaycan İdman Akademiyasının tələbələri və nazirliyin əməkdaşları gün ərzində stolüstü tennis, basketbol, turnik, ağırlıqqaldırma və digər idman növləri üzrə qüvvələrini sınayıblar.