Çempionlar Liqası: 1/4 finalın bütün iştirakçıları müəyyənləşdi

Çempionlar Liqası: 1/4 finalın bütün iştirakçıları müəyyənləşdi

Futbol üzrə UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin oyunlarına yekun vurulub. 

İkinci oyun günündə daha dörd qarşılaşma təşkil olunub. “Atletiko” doğma meydanda “Real”la, “Lill” “Borussiya” ilə qarşılaşıb.

PSV səfərdə “Arsenal”ın, “Brügge” isə “Aston Villa”nın qonağı olub.

Keçirilən oyunlardan sonra “Barselona”, “PSJ”, “İnter” və “Bavariya”nın ardından “Real”, “Borussiya”, “Arsenal” və “Aston Villa” 1/4 finala vəsiqə qazanıb. 

Qeyd edək ki, 1/4 final mərhələsinin ilk oyunları aprelin 8-9-da, cavab görüşləri isə 15-16-da keçiriləcək.

 

UEFA Çempionlar Liqası

1/8 final, cavab görüşləri

“Lill” (Fransa) - “Borussiya” (Dortmund, Almaniya) 1:2

İlk oyun - 1:1.

“Atletiko” (İspaniya) - “Real” (İspaniya) 1:0 (penaltilər seriyasında 2:4)

İlk oyun - 1:2.

“Arsenal” (İngiltərə) - PSV (Niderland) 2:2

İlk oyun - 7:1.

“Aston Villa” (İngiltərə) - “Brügge” (Belçika) 3:0

İlk oyun - 3:1.