Millimiz bu gün Bolqarıstan yığması ilə qarşılaşacaq 

Millimiz bu gün Bolqarıstan yığması ilə qarşılaşacaq 

17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün Avropa çempionatının II seçmə mərhələsində ikinci oyununu keçirəcək.

B Liqasının 2-ci qrupunda yer alan yığma Bolqarıstanla üz-üzə gələcək.

Bayıl stadionunda təşkil olunacaq qarşılaşma saat 16:00-da başlayacaq.

Qrupun digər oyununda saat 11:00-da Lüksemburq və Malta seçmələri qarşılaşacaq.

Qeyd edək ki, millimiz ilk oyunda Lüksemburqa 0:5 hesabı ilə uduzub.