AFFA rəhbərliyi U-21 millisinin düşərgəsində olub

AFFA rəhbərliyi U-21 millisinin düşərgəsində olub

Olimpizm xəbərləri

17.03.2025, 15:50

AFFA rəhbərliyi təlim-məşq toplanışına başlayan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının düşərgəsini ziyarət edib.

AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev və baş katibi Cahangir Fərəcullayev millinin yeni baş məşqçisi Ayxan Abbasova uğurlar arzulayıblar. A.Abbasov isə göstərilən etimada görə təşəkkürünü bildirib. O, U-21-də çalışmağın böyük məsuliyyət olduğunu söyləyib.

Qeyd edək ki, U-21 millimiz martın 18-dən 26-dək Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı keçəcək. Hazırlıq çərçivəsində yığma martın 22-də Moldova, 25-də isə Şimali Makedoniyanın müvafiq yaş qrupundan ibarət komandası ilə iki yoxlama görüşündə üz-üzə gələcək.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR