Astarada cüdo zalı fəaliyyətə başlayıb

Astarada cüdo zalı fəaliyyətə başlayıb

Astara Olimpiya İdman kompleksinin nəzdində cüdo zalı fəaliyyətə başlayıb.

Bu barədə Azərbaycan Cüdo Federasiyasının (ACF) mətbuat xidmətindən məlumat verilib. 

Açılış mərasimində ACF-nin prezidentinin müşaviri Natiq Bağırov, dünya və Avropa çempionatlarının mükafatçısı Orxan Səfərov, ACF-nin regionlarla iş üzrə məsul şəxsləri Musa İsmayılov, Ruslan Yunusov, Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin rəisi Teymur Babazadə və digər rəsmi şəxslər iştirak ediblər.

Cüdo zalı ACFtərəfindən müasir standartlara cavab verən tatamivə digər zəruri avadanlıqlar ilətəchiz edilib.