Modriç yerindən məmnundur

Modriç yerindən məmnundur

 

Madrid "Real"ının yarımmüdafiəçi Luka Modriç klubu tərk etmək istəmir. Bu barədə nüfuzlu insayder Fabrizio Romano məlumat verib. Mənbənin sözlərinə görə, 39 yaşlı xorvatiyalı “ağ-qaralar”la müqaviləsini daha bir mövsüm, 2026-cı ilin iyununa qədər uzatmaq istəyir. Qeyd edək ki, Modriç 2012-ci ildən "Real"da çıxış edir. Bu mövsüm o, bütün turnirlərdə 44 matçda iştirak edib, 4 qol vurub və 7 məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi bu yay başa çatır.