Tomas Bax BOK-un fəxri prezidenti seçildi
BOK
20.03.2025, 14:57
Martın 19-da Yunanıstanın Kosta Navarino şəhərində keçirilən Beynəlxalq Olimpiya Komitəsinin (BOK) 144-cü sessiyası zamanı Tomas Bax BOK-un fəxri prezidenti seçilib.
BOK-un birinci vitse-prezidenti Nikola Hevertsın təklifi ilə Tomas Baxın prezidentliyi ərəfəsində Olimpiya Hərəkatındakı fəaliyyəti və böyük uğuru BOK üzvlərinin bu təklifi yekdilliklə qəbul etməsinə səbəb olub.
BOK-un birinci vitse-prezidenti xanım Heverts qeyd edib: "Tomas Baxın uzaqgörən rəhbərliyi altında Olimpiya proqramı illər ərzində uğurla həyata keçirildi. Bu, şübhəsiz ki, kiçik bir nailiyyət deyildi. Prezident Bax vəzifədə olduğu müddət ərzində dünya idmanının çətin şərtlərinə diqqət yetirərək inanılmaz qətiyyət və uzaqgörənlik nümayiş etdirdi. O, 2020 və 2020+5 Olimpiya proqramlarını, eləcə də süni intellekt üzrə Olimpiya proqramını dəstəkləyərək, oyunların və Olimpiya Hərəkatının gələcəyini müəyyən edən mühüm islahatlar həyata keçirdi. Onun rəhbərliyi mürəkkəb geosiyasi vəziyyətlərin aradan qaldırılmasında, gender bərabərliyinin təşviqində, davamlı inkişaf təşəbbüslərinin təşviqində, COVID-19 pandemiyasına qarşı mübarizədə və dopinqlə mübarizənin gücləndirilməsində mühüm rol oynadı. Beləliklə, deyə bilərik ki, əslində prezident Tomas Bax 21-ci əsrdə Olimpiya Hərəkatının modernləşdirilməsində və aktuallığının təmin edilməsində həlledici rol oynadı. Bütün Olimpiya ictimaiyyəti adından cənab Tomas Baxa yorulmaz fədakarlığına, işində sarsılmaz sədaqətinə, idmana olan bağlılığına, idmançılara göstəridiyi qayğıya və Olimpiya Hərəkatındakı xidmətlərinə görə minnətdarlığımızı bildiririk".
İclasda BOK-un bir neçə üzvü, Milli Olimpiya Komitlərinin rəhbərləri, Olimpiya çempionları Tomas Bax haqqında fikirlərini bölüşüb.
Sonra Tomas Bax çıxış edərək ona göstərilən etimada görə minnətdarlığını bildirib. "Əziz dostlar və həmkarlar, 12 il əvvəl Prezident seçildiyim zaman ilk sözlərim "off" idi və indi də eyni vəziyyətdir. Mənim barəmdə səsləndirdiyiniz bu gözəl sözlərə görə və Fəxri Prezident seçməklə mənə bu şərəfi verdiyiniz üçün sizə son dərəcə minnətdaram. Ancaq mən bunu böyük təvazökarlıqla və iki səbəbə görə qəbul edirəm. Həmişə dediyim kimi, burada gördüyümüz işlər biri nəfərin deyil, hamımızın uğurudur. Hər biriniz bu uğura öz töhfənizi verdiniz. Qızıl medal həyatımı dəyişdirdi. İdmançı karyeramı bitirdikdən sonra göstərdiyiniz ehtimata görə BOK prezidenti vəzifəsinə seçildim. Bunun sayəsində idmana olan həvəsimi davam etdirə bilmək, başqalarının həyatlarını dəyişdirməyə kömək etmək və Olimpiya Hərəkatından qazandıqlarımı idmana qaytarmaq fürsəti tapdım. Buna görə çox xoşbəxtəm. Hər birinizə dərin minnətdarlığımı bildirirəm", - deyə Tomas Bax qeyd edib.
Prezident Tomas Bax çıxışını yekunlaşdırarkən deyib: "İndi yeni rəhbərliyin seçilməsinin vaxtıdır. Olimpiya Hərəkatına töhfə vermək və onu indikindən daha parlaq etmək üçün yeni rəhbərliyi seçmək sizin ixtiyarınızdadır. Hamımıza uğurlar arzulayıram. Hər hansısa bir dəstək lazım olduğu halda istənilən vaxt hazır olacağam".
Qeyd edək ki, BOK-un doqquzuncu Prezidenti olan Tomas Bax 2013-cü ildə Argentinanın paytaxtı Buenos-Ayresdə keçirilən 125-ci iclasında bu vəzifəyə seçilib və 12 il BOK prezidenti vəzifəsini icra edib.
Tomas Bax 23 iyun 2025-ci ildən sonra BOK-un prezidentliyini tərk edəcək.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Boksçumuz Avropa çempionu oldu
24.11.2026, 18:52 Boks
-
Boksçumuz ardıcıl üçüncü dəfə Avropa çempionu olub
24.11.2026, 18:03 Boks
-
Azərbaycan Cüdo Federasiyası “Cüdo bizə yad deyil!” imic filmini təqdim edib
24.11.2026, 11:18 Cüdo
-
Fərid Qayıbov İstanbulda IV Avropa Oyunlarına hazırlıqların müzakirəsində iştirak edib
23.11.2026, 22:40 Olimpiya dünyası
-
Nicat Ərtürkün “Anasız dünyanı neynəyirəm mən” şeirində pedaqoji-psixoloji aspektlər
23.11.2026, 14:56 Gündəm
-
Qədim idman ənənələrinə malik Qazax 2026-cı ildə Azərbaycanın idman mərkəzinə çevrilib
23.11.2026, 11:22 Olimpiya dünyası
-
Azərbaycanın iki boksçusu U-23 Avropa çempionatında finala vəsiqə qazanıb
23.11.2026, 11:01 Boks
-
Azərbaycan ilk dəfə basketbol üzrə Avropa çempionatına ev sahibliyi edəcək
21.11.2026, 20:28 Gündəm
-
İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb
21.11.2026, 20:20 Cüdo
-
Azərbaycanın güləş millisi Gürcüstanda çempion olub
20.11.2026, 14:46 Güləş
-
Parataekvondoçumuz dünya çempionatında qızıl medal qazanıb
20.11.2026, 13:08 Taekvondo
-
Jurnalistlərin öz hesablarındakı paylaşımların bəyənmə sayı da əsas götürüləcək
20.11.2026, 12:38 Gündəm
-
Prezident İlham Əliyevin Qazax rayonunun idman obyektlərinə səfərləri və idmanın inkişafına göstərdiyi diqqət
20.11.2026, 12:09 Olimpizm xəbərləri
-
U-20 millimiz növbəti yoldaşlıq oyununu keçirəcək
20.11.2026, 11:20 Futbol
-
Bakıda Xüsusi Olimpiya Avropa badminton turnirinin açılış mərasimi keçirilib
19.11.2026, 22:52 Olimpiya dünyası
-
Azərbaycan Üzgüçülük Federasiyasının baş katibi “USA Swimming” CEO-su ilə görüşüb
19.11.2026, 18:30 Su idman növləri
-
Yenidənqurmadan sonra Xankəndi stadionunda ilk rəsmi oyun keçirilib
19.11.2026, 18:16 Futbol
-
Bu gün Azərbaycanda Milli Dirçəliş Günüdür
17.11.2026, 09:33 Gündəm
-
Birinci vitse-prezident Mehriban Əliyeva sosial media hesabında Milli Dirçəliş Günü ilə bağlı paylaşım edib
17.11.2026, 08:20 Gündəm
-
Prezidentin sosial şəbəkə hesablarında Milli Dirçəliş Günü ilə bağlı paylaşım edilib
17.11.2026, 00:35 Gündəm
-
Elnur Amanov: "Qazandığımız gümüş medal da yüksək nəticədir"
15.11.2026, 04:45 Olimpiya oyunları
-
Adil Kazımlı: “Zəfər günündə medal qazandığım üçün çox xoşbəxtəm"
15.11.2026, 04:39 Olimpiya oyunları
-
Gülər Hüseynova: "Qazandığım gümüş medal gələcək uğurlarıma təkan verəcək"
15.11.2026, 04:31 Olimpiya oyunları
-
Anar Bağırov: “Belə çətin şəraitdə və çətin yarışlarda 6 medal qazanmaq böyük nailiyyətdir”
15.11.2026, 04:25 Olimpiya oyunları
-
Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında iştirak edən Azərbaycan komandasının nümayəndə heyəti Vətənə qayıdıb
15.11.2026, 03:40 Olimpiya oyunları
-
Tapdıq Əlibəylinin 65 illik yubileyinə həsr olunan kitabın təqdimatı olub
14.11.2026, 15:06 Gündəm
-
Dakar-2026 Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının bağlanış mərasimi keçirilib
13.11.2026, 23:32 Olimpiya oyunları
-
Azərbaycan komandası Dakar-2026-nı 6 medalla başa vurub
13.11.2026, 15:00 Olimpiya oyunları
-
Azərbaycan millisi U-23 Avropa çempionatında 7 boksçu ilə mübarizə aparacaq
13.11.2026, 13:30 Boks
-
Bu gün Dakar-2026-nın bağlanış mərasimi keçiriləcək
13.11.2026, 12:09 Olimpiya oyunları
-
UEFA Millətlər Liqası: Azərbaycan yığması bu gün Lixtenşteynlə qarşılaşacaq
13.11.2026, 10:45 Futbol
-
Azərbaycan şahmatçıları Avropa çempionatını üç medalla başa vurublar
13.11.2026, 00:38 Şahmat
-
Qılıncoynadanımız Dakar-2026-nın son günündə mübarizəyə başlayır
12.11.2026, 23:20 Olimpiya oyunları
-
Azərbaycan komandası medal sıralamasında bir pillə irəliləyib
12.11.2026, 23:03 Olimpiya oyunları