Formula 1 üzrə dörd komandanın - «Red Bull Rasinq», «Mercedes», «McLaren» və «Williams» üçün Şanxaya yollanan yüklərin daşınması təxirə salınıb.
Bu məlumatı avstraliyalı fotoqraf və insayder Kim İllman qeyd edib. “Melburnda təyyarələrdə yaranan texniki problemlər səbəbindən bir sıra komandalar Şanxay Qran Prisinə çatdırılmaq üçün yük qəbul etməyib. Göndərmə adətən bazar ertəsi axşam gəlir, lakin hazırda komandalar onu qəbul etməyiblər və çoxları yükün axşam gec saatlara qədər gəlməsini gözləmir. Bunun cümə günü səhər ilk və yeganə məşq üçün trasa çıxan avtomobillərə təsir edib-etməyəcəyi bəlli deyil. Ancaq bu ekipajları qarşıda şübhəsiz ki, uzun gecələr gözləyir”, - İlman sosial media səhifəsində yazıb.
Qeyd edək ki, Çin Qran Prisi martın 21-dən 23-dək keçiriləcək.