Cəlilabadda "Aprel döyüşləri" şəhidlərinin xatirəsinə voleybol turniri başa çatdı

Cəlilabadda \"Aprel döyüşləri\" şəhidlərinin xatirəsinə voleybol turniri başa çatdı

BOK

14.04.2025, 20:02

Cəlilabad rayonunda "Aprel döyüşləri" şəhidlərinin xatirəsinə həsr olunmuş voleybol idman növü üzrə məktəbli oğlanlar arasında rayon turnirinə yekun vurulub. Şəhər 9 saylı tam orta məktəbin idman zalında keçirilən və 10 komandanın iştirak etdiyi turnirdə birinci yeri Uzuntəpə kənd 1 saylı tam orta məktəbin komandası qazanıb. Xəlilabad kənd tam orta məktəbin komandası ikinci, Həziabad kənd tam orta məktəbin komandası isə üçüncü yeri tutub.

Qalib komandalar yarışın təşkilatçısı Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsi tərəfindən kubok, diplom və medallarla təltif olunublar.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR