Bu gün qadın voleybolçular arasında Yüksək Liqada final mərhələsinin ikinci oyunu təşkil olunacaq. Qalibin adına aydınlıq gələcək həlledici oyunda "Abşeron" və "Azərreyl" komandaları qarşılaşacaq. Milli Gimnastika Arenasında təşkil olunacaq oyuna saat 15:00-da start veriləcək. Bu komandalar arasında aprelin 21-də Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində keçirilən ilk oyunda "Abşeron" komandası 3:0 hesablı qələbəyə sevinmişdi. Bu nəticə onlara üstünlük qazandırsa da, hələ çempion adını rəsmiləşdirmək üçün qarşıdakı oyunda da sərfəli nəticə qazanmalıdır.
Reqlamentə əsasən, çempion iki oyunun nəticəsinə görə bəlli olacaq. Əgər hər iki komanda bir qələbə qazanarsa və ümumi xallar bərabər olarsa, “qızıl set” oynanılacaq.