Bu gün Polşanın Radom şəhərində cüdo üzrə Avropa kata turnirinə start verilib.
Olimpnews.az xəbər verir ki, 13 ölkədən 92 (61 kişi, 31 qadın) cüdoçunun iştirak etdiyi yarışda Azərbaycan təmsilçiləri də mübarizə aparırlar. Komandamızı turnirdə "Nage-no-kata" və "Katame-no-kata" proqramları üzrə 6 idmançı təmsil edir.
“Nage-no-kata” növündə İsmayıl Rzayev və Natiq Qurbanlı tori (hücum edən), Samir İsmayılov və Elçin Mayılov isə uke (hücum olunan) çıxış edir. "Katame-no-kata" proqramında isə Rafiq Nəcəfov (tori) və Seymur Məcidli (uke) öz bacarıqlarını nümayiş etdirəcəklər.