Avropa çempionatı: Olimpiya çempionumuz qızıl medalı əldən verdi

Avropa çempionatı: Olimpiya çempionumuz qızıl medalı əldən verdi

Paris-2024 Yay Olimpiya Oyunlarının qalibi Zelim Kotsoyev Monteneqronun paytaxtı Podqoritsada keçirilən cüdo üzrə Avropa çempionatında gümüş medal qazanıb.

Fərdi yarışların son günündə mübarizəyə başlayan Olimpiya çempionumuz 1/8 finalda Mixael Aristosu (Kipr) mübarizədən kənarlaşdırıb. Növbəti mərhələdə latviyalı Maksims Duynovsiyə qalib gələn Zelim yarımfinalda ukraynalı Anton Savitskidən güclü olub. Cüdoçumuz həlledici qarşılaşmada Paris-2024-ün finalında məğlub etdiyi gürcüstanlı İlya Sulamanidze ilə qarşılaşıb. Görüşdə məğlub olan cüdoçumuz fəxri kürsünün ikinci pilləsində yer alıb.

Beləliklə, Olimpiya çempionumuz Paris-2024-dən sonra çıxış etdiyi ilk ciddi sınağını gümüş medalla başa vurub.

Qeyd edək ki, çempionatın əvvəlki günlərində Əhməd Yusifov (-60 kq), Rəşid Məmmədəliyev (-73 kq), Zelim Tçkayev (-81 kq) və Murad Fətiyev (-90 kq) fəxri kürsünün üçüncü pilləsində yer almışdı.

Avropa çempionatı: Olimpiya çempionumuz qızıl medalı əldən verdi Avropa çempionatı: Olimpiya çempionumuz qızıl medalı əldən verdi Avropa çempionatı: Olimpiya çempionumuz qızıl medalı əldən verdi