Füzuli sakinləri “Prezident Kuboku-2025” reqatası öncəsi məlumatlandırılıb
BOK
27.04.2025, 19:43
Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının (AKAF) nümayəndələri 28 aprel - 2 may tarixlərində keçiriləcək ümummilli lider Heydər Əliyevin 102-ci ildönümünə həsr olunmuş avarçəkmə üzrə “Prezident Kuboku-2025” beynəlxalq reqatası öncəsi Füzuli şəhərinin sakinləri ilə görüş keçiriblər. Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, yeni salınmış Füzuli şəhərciyinə köç edən sakinlərlə keçirilən görüş zamanı aprelin 28-də Köndələnçayda təşkil olunacaq tədbir haqqında ətraflı məlumat verilib. Bildirilib ki, saat 11:00-dan etibarən başlayacaq tədbirdə maraqlı su şouları, peşəkar avarçəkənlərin nümunəvi çıxışları təqdim olunacaq. Bundan başqa, uşaqlar və yeniyetmələr üçün müxtəlif viktorinalar və intellektual yarışmalar təşkil ediləcək, iştirakçılara federasiya tərəfindən xatirə hədiyyələri təqdim olunacaq. Görüş zamanı sakinlərə bildirilib ki, Qarabağda ilk dəfə olaraq həvəskarlar üçün avarçəkmə qayıqlarında özlərini sınamaq imkanı da yaradılacaq. Bu təşəbbüs bölgə əhalisinin idmana marağını artırmaq məqsədi daşıyır. Qeyd edək ki, “Prezident Kuboku-2025” beynəlxalq reqatasında Avropa, Asiya və Afrikadan 20-dən çox ölkəni təmsil edən 200-dən artıq idmançı mübarizə aparacaq. Aprelin 29-da saat 14:00-da Mingəçevirdə, Heydər Əliyev prospektində yarışların rəsmi paradı keçiriləcək. Aprelin 30-da isə saat 11:00-dan etibarən Suqovuşan su anbarında beynəlxalq reqatanın açılış mərasimi və ilk yarışlar baş tutacaq. Turnir mayın 1-2-də Mingəçevir “Kür” Olimpiya Tədris-İdman Mərkəzində davam etdiriləcək.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Bu gün daha dörd cüdoçumuz dünya çempionatında mübarizəyə başlayır
Bugün, 10:00 Cüdo
-
Rəşid Məmmədəliyev: "Güc cəhətdən heç kimdən geridə qalmıram"
06.10.2026, 21:23 Cüdo
-
Cüdoçumuz dünya çempionatında bürünc medal qazandı
06.10.2026, 18:49 Olimpizm xəbərləri
-
Dünya çempionatı: Cüdoçumuz bürünc medal uğrunda görüşə çıxacaq
06.10.2026, 14:44 Cüdo
-
Olimpiya çempionumuz dünya çempionatına qələbə ilə başladı
06.10.2026, 11:12 Cüdo
-
Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışının 2027-ci il üçün keçirilmə tarixləri müəyyənləşib
06.10.2026, 10:41 Velosiped
-
"Neftçi" FIBA Avropa Kubokunda mübarizəyə başlayır
06.10.2026, 10:05 Basketbol
-
Olimpiya çempionumuz dünya çempionatında mübarizəyə başlayır
06.10.2026, 10:00 Cüdo
-
Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimində iştirak edib
05.10.2026, 18:49 Gündəm
-
MOK-da Belarus Milli Olimpiya Komitəsinin prezidenti ilə görüş keçirilib
05.10.2026, 15:33 MOK
-
Bakıda keçiriləcək FIFA U-15 dünya çempionatına hazırlıq işləri yekunlaşır
05.10.2026, 14:45 Futbol
-
Dünya çempionatı: Cüdoçularımız ikinci yarış gününü medalsız başa vurublar
05.10.2026, 14:25 Cüdo
-
Dünya çempionatı: Cüdoçumuz təsəlliverici görüşdə mübarizə aparacaq
05.10.2026, 13:55 Cüdo
-
Brisben-2032 Oyunlarının rəsmi loqoları təqdim olunub
05.10.2026, 13:26 Olimpizm xəbərləri
-
Dünya çempionatı: Qadın cüdoçumuz 1/4 finalda
05.10.2026, 13:12 Cüdo
-
Karateçimiz Avstriyada qızıl medal qazandı
05.10.2026, 13:06 Olimpiya dünyası
-
Dünya çempionatı: İki cüdoçumuz növbəti mərhələyə vəsiqə qazandı
05.10.2026, 12:19 Cüdo
-
"Formula 1" üzrə Azərbaycan Qran-prisinə 120-dən çox ölkədən azarkeş gəlib
05.10.2026, 12:09 Formula 1
-
Daha 3 boksçumuz U-17 Avropa çempionatında növbəti mərhələsində
05.10.2026, 11:12 Boks
-
AZSİF-in idmançıları Mersində keçirilən beynəlxalq surfkastinq turnirində birinci olublar
05.10.2026, 10:45 Su idman növləri
-
III Beynəlxalq Xankəndi Ultramarafonunda beş ölkədən 100 atletin iştirakı gözlənilir
05.10.2026, 10:33 Gündəm
-
Beynəlxalq Şahmat Federasiyasının yeni prezidenti Bakıya gəlib
05.10.2026, 10:04 Şahmat
-
Bu gün daha dörd cüdoçumuz dünya çempionatında mübarizəyə başlayır
05.10.2026, 09:38 Cüdo
-
Əhməd Yusifov: "Ölkənin 4-cü dünya çempionu kimi tarixə düşmək sözlə izah edə bilməyəcəyim bir xoşbəxtlikdir"
04.10.2026, 20:35 Cüdo
-
Cüdoçumuz Bakıda dünya çempionu oldu
04.10.2026, 18:57 Gündəm
-
Dünya çempionatı: Əhməd Yusifov qızıl medalın bir addımlığında
04.10.2026, 15:50 Cüdo
-
Cüdoçumuz dünya çempionatının yarımfinalına vəsiqə qazandı
04.10.2026, 15:36 Cüdo
-
Üç cüdoçumuz dünya çempionatında mübarizəni dayandırdı
04.10.2026, 14:55 Cüdo
-
Azərbaycan cüdoçuları dünya çempionatında mübarizəyə başlayır
04.10.2026, 09:56 Cüdo
-
"Fənərbağça" yoldaşlıq oyununda "Turan Tovuz"a qalib gəlib
03.10.2026, 22:06 Futbol
-
Dünya Kubokunun Bakı mərhələsi yekunlaşdı
03.10.2026, 21:53 Gündəm
-
Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb
03.10.2026, 19:10 Cüdo
-
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib
03.10.2026, 11:05 Gündəm
-
Azərbaycan üzgüçüləri "İpək Yolu" Dünya Kubokunda ölkə rekordlarını yeniləyiblər
02.10.2026, 14:45 Su idman növləri