Firuddin Qurbanovun 80 illik yubileyi qeyd olunub
Olimpiya dünyası
22.10.2026, 18:30
Oktyabrın 22-də Azərbaycan İdman Akademiyasının akt zalında güləş üzrə SSRİ çempionu, beynəlxalq dərəcəli idman ustası, Əməkdar məşqçi və "Əməkdar bədən tərbiyəsi və idman xadimi" Firuddin Qurbanovun 80 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
Olimpnews.az xəbər verir ki, tədbirdə Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə, gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan İdman Akademiyasının rektoru Fuad Hacıyev, Suraxanı rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev, İdman Veteranları İctimai Birliyinin sədri Zemfira Meftaxetdinova, Olimpiya çempionları, idman ictimaiyyətinin nümayəndələri və veteran idmançılar iştirak ediblər.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Firuddin Qurbanovun şərəfli ömür yolundan və idman fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.
Tədbirdə çıxış edən gənclər və idman naziri Fərid Qayıbov Firuddin Qurbanovun zəngin təcrübəsinin gənc idmançıların yetişməsində mühüm rol oynadığını bildirib. Nazir ölkəmizdə Firuddin Qurbanova möhkəm cansağlığı arzulayıb, veteran idmançıların gənc nəslə nümunə olduğunu qeyd edib.
Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə Firuddin Qurbanovun Azərbaycan güləşinin inkişafındakı xidmətlərindən, zəngin idman karyerasından və məşqçilik fəaliyyətindən danışıb. O, ömrünün böyük hissəsini idmana həsr edən yubilyarın qazandığı uğurlarla Azərbaycan idmanının tarixində özünəməxsus yer tutduğunu qeyd edib. Çingiz Hüseynzadə Firuddin Qurbanovun 1971, 1972 və 1974-cü illərdə SSRİ çempionu adını qazandığını, SSRİ xalqlarının V Yay Spartakiadasının qalibi olduğunu xatırladaraq, bu uğuru yüksək qiymətləndirib.
Çıxışı zamanı yubilyarla bağlı xatirələrini bölüşən Çingiz Hüseynzadə Firuddin Qurbanovu təbrik edib, ona möhkəm cansağlığı arzulayıb.
Azərbaycan İdman Akademiyasının rektoru Fuad Hacıyev yubilyarı təbrik edərək, onun vaxtilə Akademiyanın tələbəsi olduğunu və qazandığı uğurların ali təhsil müəssisəsinin tarixində xüsusi yer tutduğunu vurğulayıb. O, Firuddin Qurbanovun idman sahəsindəki səmərəli fəaliyyətini, peşəkar məşqçilik xidmətlərini və Qərbi Azərbaycan idman məktəbinin layiqli nümayəndəsi kimi keçdiyi nümunəvi həyat yolunun əhəmiyyətini xüsusi qeyd edib.
Suraxanı rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev Firuddin Qurbanovun SSRİ yığma komandasının üzvü, dəfələrlə SSRİ çempionu və Azərbaycan idmanının tanınmış nümayəndələrindən biri kimi xidmətlərini diqqətə çatdırıb. O, yubilyarın idmançı və məşqçi kimi fəaliyyətinin, milli komandaya verdiyi töhfələrin Azərbaycan idmanının inkişafında mühüm rol oynadığını vurğulayıb.
MOK-un vitse-prezidenti, İdman Veteranları İctimai Birliyinin sədri Zemfira Meftaxetdinova çıxışında idman veteranlarına göstərilən maddi və mənəvi dəstəyə görə minnətdarlığını bildirərək, bu cür görüşlərin onların sevincinə və birliyinə töhfə verdiyini qeyd edib. O, veteran idmançıların, xüsusilə Firuddin müəllimin gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində və gələcək idmançıların yetişməsində mühüm nümunə olduğunu deyib.
Azərbaycan Güləş Federasiyasının Güləş İrsi və İcması Komitəsinin sədri Elçin Cəfərov federasiya adından çıxış edərək Firuddin Qurbanovun Azərbaycan idman ictimaiyyəti, xüsusilə güləş idman növü üçün nümunəvi şəxsiyyət olduğunu vurğulayıb. O qeyd edib ki, yubilyar SSRİ dövründə dəfələrlə ittifaq çempionu olub, SSRİ Xalqlarının Spartakiadasının qalibi adını qazanıb və Azərbaycanın ilk beynəlxalq dərəcəli idman ustası kimi tarixə düşüb. Elçin Cəfərov onun SSRİ yığma komandasının üzvü kimi uğurlar qazandığını, məşqçi kimi isə Azərbaycan yığmasına rəhbərlik etdiyini və Avropa, dünya çempionatlarının mükafatçılarını yetişdirdiyini bildirib.
Tədbirdə çıxış edən yubilyarın dostları və idman veteranları Əhməddin Rəcəbli, Rafiq Hacıyev, Tofiq Eyvazov yubilyarla bağlı xatrirələrini bölüşərək Firuddin Qurbanovun çoxillik fəaliyyəti, idmançı və məşqçi kimi qazandığı uğurlar, eləcə də gənc nəslin yetişdirilməsindəki rolu barədə danışıblar.
Sonda çıxış edən Firuddin Qurbanov mərasimin təşkilatçılarına və iştirakçılara minnətdarlığını bildirib. O, əlamətdar günündə ona göstərilən diqqət və ehtirama görə minnətdarlığını ifadə edərək, bu xoş münasibətin onun üçün xüsusi məna daşıdığını vurğulayıb.
Tədbirin sonunda xatirə şəkli çəkdirilib.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”
Bugün, 00:10 Olimpiya oyunları
-
Boksçumuz Dakar-2026-da final görüşünə çıxacaq
11.11.2026, 23:23 Olimpiya oyunları
-
Dakar-2026: Azərbaycan komandası medal siyahısının 12-ci pilləsində qərarlaşır
11.11.2026, 23:09 Olimpiya oyunları
-
Azərbaycan taekvondoçusu Dakar-2026-da gümüş medal qazandı
11.11.2026, 21:56 Olimpiya oyunları
-
Taekvondoçumuz Dakar-2026-nın finalında
11.11.2026, 20:24 Olimpiya oyunları
-
Bakıda cüdo üzrə Avropa çempionatının açılış mərasimi keçirilib
11.11.2026, 18:24 Cüdo
-
Dakar-2026: Taekvondoçumuz finalın bir addımlığında
11.11.2026, 17:00 Olimpiya oyunları
-
Dakar-2026: Boksçumuz finala vəsiqə qazandı
11.11.2026, 16:45 Olimpiya oyunları
-
Bu gün iki idmançımız Dakar-2026-da mübarizə aparacaq
10.11.2026, 23:55 Olimpiya oyunları
-
Dakar-2026: Komandamız ilk "onluğ"u tərk etdi
10.11.2026, 23:21 Olimpiya oyunları
-
Velosipedçimiz Dakar-2026-da çıxışını başa vurdu
10.11.2026, 17:24 Olimpiya oyunları
-
Şose velosipedçimiz Dakar-2026-da növbəti yarışa qatılacaq
10.11.2026, 09:00 Olimpiya oyunları
-
Tunar Quliyev: “Son saniyəyə qədər mübarizə apardım və arzuladığım qələbəni qazandım”
10.11.2026, 04:18 Olimpiya oyunları
-
Elgün Kərimli: "Xalqımızın Zəfər Günündə üçrəngli bayrağımızı fəxri kürsüdə dalğalandırdıq"
10.11.2026, 03:57 Olimpiya oyunları
-
Oyan Nəzəriani: "Biz rəqiblərimizdən hər bir cəhətdən üstün idik"
10.11.2026, 03:52 Olimpiya oyunları
-
Nihad Süleymanlı: "Gələcəkdə çempion olmaq üçün əlimdən gələni edəcəyəm”
10.11.2026, 03:17 Olimpiya oyunları
-
Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında medal qazanan çimərlik güləşçilərimiz Vətənə qayıdıb
10.11.2026, 03:05 Olimpiya oyunları
-
Dakar-2026: Azərbaycan komandası medal siyahısında üç pillə geriləyib
10.11.2026, 00:44 Olimpiya oyunları
-
Boksçumuz Gülər Hüseynova Dakar-2026-da yarımfinala yüksəlib
09.11.2026, 21:52 Olimpiya oyunları
-
Üçrəngli bayrağımız – Milli qürurumuz, müstəqilliyimizin və dövlətçiliyimizin rəmzi
09.11.2026, 14:15 Olimpiya dünyası
-
Oğlanlardan ibarət çimərlik güləşi komandamız Olimpiya Oyunlarını qalibi oldu
09.11.2026, 10:14 Olimpiya oyunları
-
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib
09.11.2026, 09:34 Gündəm
-
Dakar-2026: Boksçumuz mübarizəyə başlayır
09.11.2026, 09:00 Olimpiya oyunları
-
Tunar Quliyev: “Zəfər Günündə bayrağımızı dalğalandırmaq və himnimizi səsləndirmək mənim üçün böyük şərəfdir”
09.11.2026, 04:15 Olimpiya oyunları
-
Elgün Kərimli: “Qələbəmi şəhidlərimizə və qazilərimizə həsr edirəm”
09.11.2026, 04:06 Olimpiya oyunları
-
Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə videoçarx paylaşılıb
09.11.2026, 00:20 Gündəm
-
Dakar-2026: Azərbaycan komandası medal siyahısında yeddinci pillədə qərarlaşır
08.11.2026, 22:30 Olimpiya oyunları
-
Atletimiz Dakar-2026-da çıxışı başa vurdu
08.11.2026, 22:08 Olimpiya oyunları
-
Elgün Kərimli Yeniyetmələrin Yay Olimpiya Oyunlarının çempionu oldu
08.11.2026, 21:46 Olimpiya oyunları
-
Çimərlik güləşçimiz Dakar-2026-da qızıl medal qazandı
08.11.2026, 21:21 Olimpiya oyunları
-
Çimərlik güləşçilərimiz Dakar-2026-nın finalında
08.11.2026, 20:38 Olimpiya oyunları
-
Dakar-2026: Atletimiz finala yüksəlib
08.11.2026, 19:40 Olimpiya oyunları
-
Dakar-2026: Çimərlik güləşçilərimiz yarımfinala yüksəliblər
08.11.2026, 19:26 Olimpiya oyunları
-
MOK-un kollektivi Zəfər Günü münasibətilə Zəfər Parkını ziyarət edib
08.11.2026, 18:08 Gündəm