Elnur Şıxəliyev: ""Turan Kuboku" Türk dünyasının birliyini təcəssüm etdirəcək”
BOK
03.05.2025, 14:24
Ölkəmizdə qədim ənənəsi olan kəndirlə mübarizə idman növü son illərdə yeni inkişaf mərhələsinə qədəm qoyub. Bu idman növü müasir dövrün tələblərinə uyğunlaşaraq, Azərbaycanda sürətlə populyarlaşmaqdadır. Bunun üçün mütəmadi olaraq müxtəlif tədbirlər və yeni layihələr həyata keçirilir. Kəndirlə Mübarizə İdman Cəmiyyəti İctimai Birliyinin İdarə Heyətinin sədri, Avropa Kəndirlə Mübarizə Federasiyasının birinci vitse-prezidenti, beynəlxalq dərəcəli idman ustası və beynəlxalq dərəcəli hakim Elnur Şıxəliyev idman növünün ölkəmizdə qısa müddət ərzində qazandığı uğurlardan Olimpnews.az-a danışıb. 2022-ci ilin aprel ayında Avropa Kəndirlə Mübarizə Federasiyasının qərarı ilə Azərbaycanda nümayəndəlik fəaliyyətə başlayıb. Elə həmin ilin sonunda isə Gənclər və İdman Nazirliyinin vəsatəti əsasında Ədliyyə Nazirliyi tərəfindən rəsmi qeydiyyatdan keçərək İctimai Birlik statusu alıb. İlk yarış 2022-ci il aprelin 6-da 189 və 190 nömrəli məktəblərdə Fiziki Aktivlik Günü çərçivəsində keçirilib. Ardınca Qarabağ məktəbliləri arasında yarış, ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş Azərbaycan çempionatı və birinciliyi təşkil olunub.
Həmin il noyabrın 10-da Vətən müharibəsində şəhid olan qəhrəmanlarımızın xatirəsinə həsr olunan “Qələbə” idman festivalı təşkil olunub. Elnur Şıxəliyevin təşəbbusü ilə keçirilən festivalda iştirakçılar 12 idman növü üzrə yarışıblar. Bundan başqa üç idman növü üzrə də nümunəvi çıxışlar olub. Bu idman tədbiri böyük rəğbətlə qarşılanıb. Hazırda isə ölkəmizdə hər il Azərbaycan və Bakı çempionatları və kubok yarışları keçirilir. Elnur Şıxəliyev bildirib ki, Milli Olimpiya Komitəsinin (MOK) “Olimpiya Mədəniyyəti və Təhsil Proqramı” (OCEP) layihəsi çərçivəsində 56 məktəbin iştirakı ilə kəndirlə mübarizə idman növü üzrə də yarışlar keçirilib. “2023-cü ildə “Məhsul” stadionunda MOK-un 30 illik yubileyinə həsr olunmuş açıq məkanda böyük yarış təşkil etdik. Ardınca isə Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının tələbələr arasında çempionat keçirildi. Azərbaycan idmançıları beynəlxalq arenada da uğurla çıxış edirlər. 2023-cü ilin avqustunda Almaniyada məktəblilər arasında keçirilən turnirdə Elitar Gimnaziyanın komandası üçüncü yerə layiq görülüb. Həmin il komandamız İsveçdə dünya çempionatında da iştirak edib”, - deyə Elnur Şıxəliyev bildirib.
Gələcək planlardan danışan E.Şıxəliyev yaxın günlərdə Bakıda keçiriləcək mötəbər tədbirdən - “Turan Kuboku” beynəlxalq turnirindən də söz açıb. Bildirib ki, mayın 30-31-də Bakı Su İdmanı Sarayında təşkil olunacaq yarış Avropa və Beynəlxalq Kəndirlə Mübarizə federasiyalarının dəstəyi ilə keçiriləcək.
“Turnirin açılış mərasimi mayın 30-da keçiriləcək, əsas yarışlar isə mayın 31-də başlayacaq. Həmin gün 23 yaşadək gənclər, böyüklər, eləcə də qarışıq komandalar arasında mübarizəyə start veriləcək. Yarışda iştirak üçün Türkiyə, Almaniya, Qazaxıstan, İran, Gürcüstan və Banqladeş komandaları müraciət edib. Bundan başqa Özbəkistan, Qırğızıstan və Türkmənistan komandalarına da dəvət göndərilib.
"Turan Kuboku" əsasən türkdilli ölkələrin yarışı olsa da, açıq turnir xarakteri daşıyır. Bu da yarışın daha geniş miqyasda keçirilməsinə şərait yaradır. “Turan Kuboku" yalnız idman yarışı olmaqla kifayətlənmir, həm də Türk dünyasının birliyini təcəssüm etdirəcək. Yarış üçün xüsusi rəmzi açar da hazırlanıb. Ənənəvi xarakter daşıyacaq turnir növbəti il Türkiyədə keçiriləcək və simvolik açar qardaş ölkəyə təhvil veriləcək.
Tədbirin təşkilinə Avropa Kəndirlə Mübarizə Federasiyası tərəfindən dəstək verilib və yarış federasiyanın rəsmi saytında da elan olunub. Qeyd edim ki, mayın 30-da açılışdan əvvəl hakimlər və məşqçilər üçün beynəlxalq seminar da keçiriləcək. Bu mötəbər tədbirin Bakıda təşkili Azərbaycanda kəndirlə mübarizə idman növünün inkişafında mühüm mərhələ olacaq”, - deyə Elnur Şıxəliyev qeyd edib.
Müsahibimiz söhbət zamanı bu yaxınlarda Avropa Kəndirlə Mübarizə Federasiyasının rəhbərləri - prezident Ralf Brauninger və baş katib Anders Anderssonun Azərbaycanda səfərdə olduğunu xatırladıb. Qeyd edib ki, səfər zamanı Abşeron Olimpiya İdman Kompleksində texniki və taktiki hazırlıq üzrə seminar təşkil olunub. “Əsas məqsəd Azərbaycanda kəndirlə mübarizə idman növünün inkişafı, həmçinin hakimlərin, məşqçilərin və idmançıların maarifləndirilməsi idi. Seminar idmançılarımızın gələcək inkişafı üçün olduqca faydalı oldu. Qeyd edim ki, “Turan Kuboku”ndan sonra da beynəlxalq səviyyəli seminar və təlim-məşq toplanışı təşkil ediləcək. Hazırlıq prosesi çərçivəsində xarici ölkədən dünya və Avropa çempionu olan məşqçinin bir aylıq Azərbaycana dəvət olunması nəzərdə tutulur. İdmançılarımız üçün böyük təcrübə qazandıracaq hazırlıq iyun ayında təşkil olunacaq. Bununla yanaşı, sentyabrın 4-7-də İngiltərənin Nottingem şəhərində keçiriləcək dünya çempionatında iştirak üçün ciddi hazırlıqlar aparılır. Azərbaycan 23 yaşadək oğlanlar, böyüklər və qarışıq komandalarla təmsil olunacaq. Əsas hədəf isə 2029-cu ildə Almaniyada keçiriləcək Dünya Oyunlarına lisenziya qazanmaqdır. Qeyd edək ki, bu vəsiqə 2028-ci ildəki dünya çempionatında 6 ən yaxşı komandaya veriləcək”, - deyə Elnur Şıxəliyev bildirib. İki ildən bir qədər artıq fəaliyyəti dövründə böyük uğurlara imza atan Kəndirlə Mübarizə İdman Cəmiyyəti artıq Abşeron, Mil-Muğan, Lənkəran-Astara, Şəki-Zaqatala, Gəncə-Daşkəsən və Qarabağ regionlarında yerli idarələrini formalaşdırıb. Bundan başqa “Zəfər”, “Xarıbülbül” və “Qarabağ” adlarını daşıyacaq üç klubun yaradılması da planlaşdırılır. Bütün bu işlər ölkəmizə kəndirlə mübarizə idman növünün inkişafına yönəlmiş addımlar kimi qiymətləndirilir. Bu gün beynəlxalq arenada da Azərbaycanı layiqincə təmsil edən Elnur Şıxəliyev aprelin 11-12-də Serbiyanın Belqrad şəhərində keçirilən Baş Assambleyada Avropa Kəndirlə Mübarizə Federasiyasının birinci vitse-prezidenti seçilib. O, növbəti Baş Assambleyanın 2026-cı ildə Azərbaycanda keçirilməsi üçün namizədlik irəli sürüb və gələcəkdə kəndirlə mübarizənin çimərlik versiyası üzrə Avropa çempionatının da ölkəmizdə keçirilməsinə çalışacağını qeyd edib. Ölkəmizdə tarixi ənənələri olan bu idman növü bu gün yeni inkişaf dövrünü yaşayır. Qarşıya qoyulan məqsədlər bu sahənin daha da genişlənməsinə, gənc nəslin idmana marağının artmasına və Azərbaycanın bu idman növündə beynəlxalq arenada daha böyük uğurlar qazanmasına xidmət edir.
Azər Əlizadə
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Deflimpiya üzrə yunan-Roma güləşi yığmasına yeni baş məşqçi təyin edilib
Bugün, 18:22 Güləş
-
“Xatirələrdə yaşayanlar” veteran idmançılar guşəsi keçmişlə gələcək arasında mənəvi körpü rolunu oynayacaq
Bugün, 18:00 Olimpiya dünyası
-
Zülfüqar Süleymanov ardıcıl ikinci dəfə Avropa çempionu oldu - FOTO
Bugün, 17:41 Gündəm
-
Xankəndidə yeni cüdo zalı istifadəyə verilib
Bugün, 12:22 Cüdo
-
AAF-nin prezidenti ilə Muhammed Yousef Al Mana arasında görüş keçirilib
23.06.2026, 21:01 Ağırlıqqaldırma
-
Azərbaycan Olimpiya Hərəkatının inkişafında İlham Əliyevin rolu
23.06.2026, 16:49 Olimpizm xəbərləri
-
MOK-un əməkdaşı Gənc Olimpiya Səfirlərinin 66-cı Beynəlxalq Sessiyasında iştirak edib
23.06.2026, 16:09 MOK
-
2042-ci il Qış Olimpiya Oyunları üçün ABŞ-dan yeni təşəbbüs
23.06.2026, 15:54 Olimpizm xəbərləri
-
Voleybol məşqçiləri üçün “Təhlükəsiz idman - hamı üçün” mövzusunda seminar keçiriləcək
23.06.2026, 15:34 Olimpizm xəbərləri
-
UFC döyüşçüləri Bakıda azarkeşlərlə görüşəcəklər
23.06.2026, 15:17 Gündəm
-
Beynəlxalq Olimpiya Günü münasibəti ilə “Xatirələrdə yaşayanlar” adlı tədbir keçirilib
23.06.2026, 14:19 MOK
-
23 iyun - Beynəlxalq Olimpiya Günüdür
23.06.2026, 10:47 Olimpizm xəbərləri
-
Azərbaycanlı idman mütəxəssisi Türkiyədə vəzifəyə təyin edildi
23.06.2026, 10:00 Olimpiya dünyası
-
Usta ağırlıqqaldıranlarımız Avropa çempionatında iştirak edirlər
23.06.2026, 03:51 Ağırlıqqaldırma
-
Taekvondoçularımız beynəlxalq yarışda 3 medal qazanıblar
23.06.2026, 00:10 Taekvondo
-
Qadınlardan ibarət Azərbaycan millisi Fərid Qayıbovla görüşüb
22.06.2026, 18:15 Futbol
-
Çimərlik futbolu üzrə Azərbaycan millisinin seçmə mərhələdəki rəqibləri müəyyənləşib
22.06.2026, 17:52 Futbol
-
Azərbaycan kamandan oxatanları Dünya Kubokunda mübarizə aparacaqlar
22.06.2026, 17:41 Olimpiya dünyası
-
AMADA Gəncədə təmiz idman dəyərlərinin təşviqinə dair maarifləndirmə proqramı təşkil edib
22.06.2026, 16:45 AMADA
-
Parabadmintonçusmuz Fransada bürünc medal qazanıb
22.06.2026, 14:57 Olimpiya dünyası
-
Taekvondoçularımız beynəlxalq turnirdə 6 medal qazanıblar
22.06.2026, 14:35 Taekvondo
-
Azərbaycan alpinistləri İtaliyadakı Monte Paterno zirvəsinə qalxıblar
22.06.2026, 14:14 Olimpiya dünyası
-
Avarçəkənlərimiz beynəlxalq reqatada iştirak edəcəklər
22.06.2026, 12:17 Su idman növləri
-
Badmintonçumuz Serbiyada bürünc medala sahib oldu
22.06.2026, 11:49 Olimpiya dünyası
-
Bu gün DÇ-2026-da daha 4 oyun keçiriləcək
20.06.2026, 19:22 Futbol
-
"Zirə" heyətini yeni futbolçu ilə gücləndirir
20.06.2026, 19:20 Futbol
-
"Neftçi" Dünya Seriyasının Sumqayıt mərhələsinin 1/4 finalında
20.06.2026, 18:52 Basketbol
-
Dünya Kuboku: İki boksçumuz bürünc medal qazandı, bir idmançımız isə finalda
20.06.2026, 17:52 Boks
-
"Ağ-qaralar"dan növbəti transfer
20.06.2026, 17:30 Futbol
-
Məktəblilərin Respublika İdman Olimpiadasının açılış mərasimi keçirilib
20.06.2026, 16:40 Gündəm
-
"Sheki Open 2026" Beynəlxalq Şahmat Festivalının təntənəli açılış mərasimi keçirilib
19.06.2026, 20:18 Son xəbər
-
UFC-də beşinci azərbaycanlı döyüşçü
19.06.2026, 20:02 Gündəm
-
Gələn il Bakıda Avropa Gimnastikasının XXXII Konqresi keçiriləcək
19.06.2026, 19:36 Gündəm
-
Cüdoçularımız "Böyük Dəbilqə" turnirinə iki medalla başladılar
19.06.2026, 14:37 Cüdo