Olimpiya mükafatçısı üç dəfə yerini dəyişdi, nəticəsi çəkisi kimi ağır oldu 

Olimpiya mükafatçısı üç dəfə yerini dəyişdi, nəticəsi çəkisi kimi ağır oldu 

Tokio-2020 Yay Olimpiya Oyunlarının güləş üzrə gürcüstanlı gümüş mükafatçısı Yakob Kajaya antidopinq qaydalarını pozduğuna görə iki il müddətinə diskvalifikasiya edilib.
"Olimpnews.az" "Reuters"ə istinadən xəbər verir ki , Beynəlxalq Test Agentliyinin (ITA) sanksiyalarına səbəb onun üç dəfə yer dəyişikliyi edib, məlumat verməməsi ilə bağlıdır. Belə ki, Kajaya 2023-cü ildən başlayaraq, 12 ay ərzində olduğu yer haqqında etibarlı məlumat verməyib. Bu isə dopinq pozuntusuna bərabərdir. 
Yekun qərara görə o, 2027-ci ilin aprel ayına qədər yarışdan kənarlaşdırılıb. Eyni zamanda 2024-cü ildən bu günə qədər bütün nəticələri ləğv edilib.
Qeyd edək ki, 31 yaşlı gürcüstanlı Tokio-2020-də 130 kq çəki dərəcəsində finalda əfsanəvi kubalı Mijain Lopez Nunesə uduzaraq, gümüş medalla kifayətlənmişdi.