“Qalatasaray” çempionluğa bir addım da yaxınlaşdı

“Qalatasaray” çempionluğa bir addım da yaxınlaşdı

BOK

10.05.2025, 22:29

Türkiyə Super Liqasınən 35-ci turu derbi ilə əlamətdar olub.  “Olimpnews.az” xəbər verir ki, “Qalatasaray” səfərdə “Trabzonspor”un qonağı olub. Çempionluq yolunda itkisiz irəliləyən “Aslanlar” Qaradəniz səfərində də inamlı qələbəyə seviniblər -2:0. “Cim-bom”un heyətində Abdülkerim Bardakçı (66-cı dəqiqə) və Alvaro Morata (84) fərqlənib. Beləliklə, qələbə sayəsində xalını 86-ya çatdıraraq liderliyi davam etdirən “Qalatasaray” ikinci pillədə qərarlaşan “Fənərbağça” ilə xal fərqini yenidən 8-ə yüksəldib. “Trabzonspor” isə 46 xalla 8-cidir.   

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR