Xəzər İsayev AƏOH-un İcraiyyə Komitəsinə üzv seçildi
Olimpizm xəbərləri
19.05.2025, 22:28
Mayın 16-dan 20-dək Yunanıstanın Olimpiya şəhərində Avropa Ədalətli Oyunlar Hərəkatının (AƏOH) Konqresi və Baş Assambleyası keçirilib. Olimpnews.az xəbər verir ki, quruma üzv olan 24 ölkə nümayəndəsinin iştirak etdiyi tədbirdə ölkəmizi Azərbaycan Ədalətli Oyunlar Komissiyasının sədri Xəzər İsayev və komissiyanın məsul katibi Aysel Sultanova təmsil ediblər. Konqresdə “İdmanda inklüzivliyi təşviq etmək üçün Fair Play təhsili” mövzusunda müzakirələr aparılıb və mövzu ətrafında çıxışçıların məruzələri dinlənilib. Konqres çərçivəsində Azərbaycan təmsilçilərinin Ədalət naminə Avropanı keçək estafetində iştirakı ilə bağlı təqdimatda məlumat öz əksini tapıb. Mayın 18-də Yunanıstanın Olimpiya şəhərində Avropa Ədalətli Oyunlar Hərəkatının (AƏOH) Qala mükafatlandırma mərasimi keçirilib. Qala gecəsində idmanda dürüstlük, hörmət və həmrəyliyi təcəssüm etdirən fərdlər, idmançılar və idman təşkilatları mükafatlandırılıblar. Mərasimdə Milli Olimpiya Komitəsi tərəfindən namizədliyi irəli sürülən taekvondoçumuz, Paris-2024-ün gümüş mükafatçısı Qaşim Maqomedov idmanda nümunəvi davranışına və etik dəyərlərə sadiqliyinə görə Avropa Ədalətli Oyunlar Hərəkatının “Ədalətli Oyun ruhu” mükafatına layiq görülüb. Tədbirdə, həmçinin Qaşim Maqomedovun Avropa təşkilatına ünvanladığı videoçarx da nümayiş etdirilib. Mayın 19-da - Dünya Ədalətli Oyun Günündə AƏOH nümayəndələri Olimpiya şəhərində Pyer de Kubertenin büstünü ziyarət ediblər. Assambleya çərçivəsində mayın 19-da qurumun prezidentliyinə və İcraiyyə Komitəsinə seçkilər keçirilib. Səsvermənin nəticələrinə əsasən, belçikalı Filip Housiaux AƏOH-un prezidenti seçilib. MOK tərəfindən namizədliyi irəli sürülən AzƏOK-un sədri Xəzər İsayev 4 il müddətinə AƏOH-un İcraiyyə Komitəsinə üzv seçilib.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Pəhləvanlarımız Vladiqafqazdan 8 medalla Vətənə qayıdıblar
Bugün, 16:05 Güləş
-
Üzgüçülük üzrə "İpək Yolu" Dünya Kubokunun "Bakı 2026" mərhələsinə biletlər satışda
Bugün, 15:53 Su idman növləri
-
Fərid Qayıbov Pakistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirini qəbuul edib
Bugün, 15:42 Olimpiya dünyası
-
Nicat Abbasov: Olimpiadada uğurlu çıxış üçün bəxt amili də vacibdi - MÜSAHİBƏ
Bugün, 15:28 Müsahibə
-
Cüdo millimiz Bakıda beynəlxalq təlim-məşq toplanışında iştirak edir
Bugün, 15:02 Cüdo
-
Avropa çempionatında uğurla çıxış edən cüdoçularımız Vətənə qayıdıblar
Bugün, 14:55 Cüdo
-
Millimiz U-23 dünya çempionatına Bakıda hazırlaşır
Bugün, 14:39 Güləş
-
Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatına həsr olunan fan zona yaradılıb
Bugün, 14:20 Cüdo
-
Kamandan oxatma üzrə Bakı şəhər çempionatı keçiriləcək
Bugün, 13:16 Olimpiya dünyası
-
Azərbaycanı Avropa çempionatında iki paraüzgüçü təmsil edəcək
Bugün, 12:01 Su idman növləri
-
Fiqurlu konkisürənimiz beynəlxalq turnirdə 6-cı yeri tutub
Bugün, 10:02 Olimpiya dünyası
-
Azərbaycan xizəkçisi FIS Kontinental Kubokuna vəsiqə qazanıb
Bugün, 01:12 Olimpiya dünyası
-
Cüdoçularımız Avropa birinciliyini 5 medalla başa vurdular
Bugün, 00:28 Cüdo
-
İsveçrədə uğurlu nəticə
Bugün, 00:03 Taekvondo
-
Paytaxtımız daha bir mötəbər yarışa ev sahibliyi etdi
06.09.2026, 12:14 Olimpiya dünyası
-
Dünya Kubokunun Yerli Təşkilat Komitəsinin növbəti iclası keçirilib
03.09.2026, 20:30 Su idman növləri
-
Avarçəkmə və kanoe üzrə Azərbaycan çempionatına yekun vurulub
03.09.2026, 13:09 Su idman növləri
-
Azərbaycanın ilk qadın idman ustası, Əməkdar artist, diktor Züleyxa Hacıyeva vəfat edib
03.09.2026, 12:22 Olimpiya dünyası
-
Faiq Qarayevə Türkiyə Voleybol Federasiyası tərəfindən mükafat verilib
02.09.2026, 22:10 Voleybol
-
Nazir ötən ay beynəlxalq yarışlarda uğur qazanan idmançılarla görüşüb
02.09.2026, 22:05 Olimpiya dünyası
-
Azərbaycanın çimərlik futbolu millisi dünya reytinqində irəliləyib
02.09.2026, 15:25 Futbol
-
Milli Paralimpiya Komitəsi paraatletika üzrə Açıq Qapı Günü keçirəcək
02.09.2026, 14:16 Olimpiya dünyası
-
Azərbaycanın atletika məşqçiləri üçün seminar keçirilib
02.09.2026, 13:29 Atletika
-
Ağırlıqqaldıranımız antidopinq qaydalarını pozduğu üçün cəzalandırılıb
02.09.2026, 12:46 AMADA
-
Avarçəkmə və kanoe üzrə Azərbaycan çempionatında ilk günün qalibləri müəyyənləşib
02.09.2026, 10:10 Su idman növləri
-
Millimizin üzvü karyerasını başa vurdu
01.09.2026, 23:50 Voleybol
-
Millimiz Avropa çempionatında mübarizəni dayandırdı
01.09.2026, 23:30 Voleybol
-
AAF Prezidenti Kamran Nəbizadə Avropa birinciliyində 15 medal qazanmış komanda üzvləri ilə görüşüb
01.09.2026, 16:10 Ağırlıqqaldırma
-
Azərbaycan Premyer Liqasında son 10 mövsümün antirekordu
01.09.2026, 11:55 Futbol
-
Mudrik "Tottenhem"də
01.09.2026, 11:45 Futbol
-
İdmançımız 2 il müddətinə diskvalifikasiya edilib
01.09.2026, 11:36 AMADA
-
Robert Sançes İtaliyaya yollanır
01.09.2026, 10:46 Futbol
-
Voleybol millimiz AVRO-2026-da 1/8 final oyununa çıxır
01.09.2026, 10:00 Voleybol
-
"Barselona" La Liqada yeniden liderliyə yüksəldi
01.09.2026, 02:07 Futbol