Raul Qonzales "Kastilya" ilə yollarını ayırır

Raul Qonzales "Kastilya" ilə yollarını ayırır

“Real Madrid”in əfsanəvi futbolçusu Raul Qonzales Madridin "B" komandasının baş məşqçisi postunu tərk etmək niyyətindədir.
Olimpnews.az xəbər verir ki, 47 yaşlı mütəxəssis 2019-cu ildən Madridin "Kastilya" klubuna rəhbərlik edirdi. O, Madridin əsas komandandasının baş məşqçisi olmaq istəsə də, Xabi Alonsonun gəlişindən sonra bu arzusuna nail ola bilməyib. 
Qeyd edək ki, “Real Madrid” tarixinin ən məşhur oyunçularından biri olan Raul 1994-2010-cu illər arasında üç dəfə Çempionlar Liqası kubokunu və altı dəfə La Liqa çempionluğunu qazanıb. Ümumilikdə, klubda 741 matçda forma geyinən Raul 323 qol vurub. O, klub bombardirləri sırasında Kərim Benzema və Kriştianu Ronaldodan sonra üçüncü pillədə qərarlaşıb.