Emin İskəndərov: “İnanıram ki, bu dəfə də cüdoçularımızın uğurlu ənənəsi davam edəcək”
BOK
09.07.2025, 19:25
İyulun 22-də Şimali Makedoniyanın Skopye şəhərində Avropa Gənclər Yay Olimpiya Festivalının (EYOF) cüdo yarışlarına start veriləcək. Beş gün davam edəcək yarışda 44 ölkədən 341 (184 oğlan, 157 qız) idmançı qüvvəsini sınayacaq. Azərbaycan komandası festivalda 12 çəki dərəcəsində 6 oğlan və 6 qız idmançı ilə mübarizə aparacaq. Artıq komandamız hazırlıq prosesini yekunlaşdırmaq üzrədir. Yeniyetmə oğlanlardan ibarət cüdo yığmasının baş məşqçisi Emin İskəndərov Olimpews.az saytına müsahibəsində komandanın son durumu və heyətdəki dəyişikliklər barədə məlumat verib. Baş məşqçi qeyd edib ki, idmançılar yarışa tam hazırdır və qarşıya qoyulan əsas məqsəd uğurla çıxış edərək Vətənə yüksək nəticələrlə qayıtmaqdır. “Skopyedəki Avropa çempionatı həqiqətən də gərginliyi ilə yadda qaldı. Rusiya, Gürcüstan və Fransa cüdoçularının turnirdə iştirakı yarışın səviyyəsini daha da artırdı. Eyni idmançıların EYOF-da da iştirak edəcəyini nəzərə alsaq, festivalın ab-havasının daha da gərgin olacağını söyləmək olar. Amma komandamız uğur qazanmaq üçün federasiya tərəfindən hər cür şəraitlə təmin olunub. Yığmamız təlim-məşq toplanışları və müxtəlif yarışlarda iştirak edib. Tarixə nəzər salsaq görərik ki, cüdoçularımız hər zaman Olimpiya festivallarında uğurla çıxış edərək Vətənə medallarla qayıdıblar. İnanıram ki, bu dəfə də cüdoçularımızın uğurlu ənənəsi davam edəcək”, - deyə baş məşqçi bildirib. Emin İskəndərov festivalda Azərbaycan yığmasının heyətinəki dəyişikliklərdən də danışıb. Onun sözlərinə görə, Avropa çempionu olan iki cüdoçumuz bu yarışda da tatami üzərinə çıxacaq: “Yeniyetmələr arasında Avropa çempionatında üç qızıl medal qazandıq. Həmin yarışda iştirak edən idmançılarımızın böyük hissəsi bu yarışda da qüvvəsini sınayacaq. Ümumilikdə, oğlanlar arasında 6 çəki dərəcəsində 6 idmançımız tatami üzərinə çıxacaq. Heyətdə müəyyən dəyişikliklər var. Əsas dəyişikliklər -50, -66, -81 və -90 kq çəki dərəcələri ilə bağlıdır. Avropa çempionatından fərqli olaraq bu dəfə -50 kq çəkidə Rza Xəlilli, -90 kq-da isə ötən ilin Avropa mükafatçısı Sübhan Axundov heyədə daxil edilib. -66 və -81 kq çəki dərəcələrində isə yerdəyişmə etmişik. Belə ki, qitə çempionatından fərqli olaraq bu dəfə -66 kq çəkidə deyil, -81 kq çəkidə iştirak edən cüdoçumuz tatami üzərinə çıxacaq. Yəni bu yarışda Əli Hümbətovun (-66 kq) əvəzinə -81 kq çəki dərəcəsində mübarizə aparan Amil Mehdiyev festival üçün Skopye şəhərinə aparılacaq. Komandamız bu mötəbər yarışa tam motivasiya ilə yollanacaq. EYOF-da sərgilənəcək nəticələr həm bu yaş qrupunun inkişafına, həm də gələcək böyük yarışlar üçün ciddi zəmin yaradacaq”, - deyə Emin İskəndərov bildirib. Qeyd edək ki, festivalın cüdo yarışları Şimali Makedoniyanın Skopye şəhərində yerləşən Yan Sandanski İdman Mərkəzinin qapalı zalında təşkil olunacaq.
Azər Əlizadə
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Atlanta Olimpiadasına hazırlıq dövrü, Olimpiadada iştirak və sonrakı dövrlərdə idmandakı nailiyyət
Bugün, 16:26 Olimpiya dünyası
-
İki güləşçimiz dünya çempionatına qələbə ilə başladı
Bugün, 12:10 Güləş
-
Rüstəm Orucov: “Azərbaycanın cüdo məktəbi dünyanın ən güclülərindən biridir”
Bugün, 11:40 Müsahibə
-
Bir cümlə, bir xəbər
Bugün, 11:11 Futbol
-
Paralimpiyaçımız Dünya Kubokunun qalibi oldu
Bugün, 11:02 Güllə atıcılığı
-
"Sabah" Çempionlar Liqasında növbəti oyununa çıxır
Bugün, 10:54 Futbol
-
AGF Türkiyə, Qazaxıstan və Mərakeş güləş federasiyaları ilə ikitərəfli anlaşma memorandumları imzalayıb
Bugün, 10:36 Güləş
-
Bu gün üç güləşçimiz medal uğrunda mübarizə aparacaq
Bugün, 10:19 Gündəm
-
U-17 dünya çempionatı: Bu gün daha 5 yunan-Roma güləşçimiz mübarizəyə başlayacaq
Bugün, 10:00 Gündəm
-
Dünya çempionatı: Güləşçimiz finala vəsiqə qazandı
27.07.2026, 20:07 Gündəm
-
Bakıda U-17 dünya çempionatının təntənəli açılışı olub
27.07.2026, 18:08 Gündəm
-
Qadın voleybolçular arasında Avropa çempionatının könüllüləri müəyyənləşib
27.07.2026, 17:24 Voleybol
-
Darko Ramovs Peşəkar Futbol Liqasının qonağı olub
27.07.2026, 16:44 Futbol
-
Daha bir güləşçimiz dünya çempionatının yarımfinalında
27.07.2026, 15:01 Gündəm
-
15 yaşınadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı və festivalının 2026-cı ildə Azərbaycanda keçirilməsi ilə əlaqədar tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
27.07.2026, 14:54 Gündəm
-
Güləşçimiz Bakıda keçirilən dünya çempionatının yarmfinalına vəsiqə qazandı
27.07.2026, 14:33 Güləş
-
Güləşçimiz finalın bir addımlığında
27.07.2026, 14:18 Güləş
-
Güləşçimiz dünya çempionatına qələbə ilə başladı
27.07.2026, 10:55 Gündəm
-
Bakıda güləş üzrə dünya çempionatına start verilir
27.07.2026, 09:50 Gündəm
-
Avropa Cüdo Ümidləri Turniri başa çatdı
26.07.2026, 18:40 Cüdo
-
Kanoeçimiz Avropa çempionatında gümüş medal qazanıb
26.07.2026, 18:16 Su idman növləri
-
Avarçəkənlərimiz Avropa çempionatında mübarizə aparacaq
26.07.2026, 16:08 Su idman növləri
-
Avropa Cüdo Ümidləri Turnirində ilk yarış günü başa çatıb
25.07.2026, 20:48 Cüdo
-
Avropa Cüdo Turnirinin açılış mərasimi keçirilib
25.07.2026, 19:49 Cüdo
-
Qazaxda ilk dəfə avarçəkmə tədbiri keçirilib
25.07.2026, 18:58 Su idman növləri
-
U-18 millimiz tarixdə ilk dəfə Avropa çempionatı B divizionunun qrup mərhələsində qələbə qazanıb
25.07.2026, 17:39 Basketbol
-
Qazaxda Federasiya Kuboku yarışı keçirilib
25.07.2026, 16:47 Velosiped
-
Avropa Cüdo Ümidləri Turnirində U-14 yaş kateqoriyasında ilk mükafatçılar müəyyənləşib
25.07.2026, 14:30 Cüdo
-
Rüstəm Orucov: "İdmançılarımızdan qızıl medallar gözləyirəm"
25.07.2026, 10:55 Cüdo
-
Natiq Bağırov: "Turnirdə iştirak edən idmançılar beynəlxalq yarış təcrübəsi qazanırlar"
25.07.2026, 10:48 Cüdo
-
Gənclər və İdman Nazirliyinin 32 illiyinə həsr olunmuş avarçəkmə ilə tanışlıq sessiyası keçirilib
25.07.2026, 10:41 Su idman növləri
-
Avropa Cüdo Ümidləri Turnirinə start verilib
25.07.2026, 10:13 Cüdo
-
Avropa Cüdo Ümidləri Turnirinin püşkatma mərasimi keçirilib
24.07.2026, 21:46 Cüdo
-
U17 dünya çempionatının medalları təqdim olundu
24.07.2026, 20:08 Gündəm