Beş divizion üzrə keçmiş dünya çempionu Roy Cons kiçik Floyd Meyvezeri döyüşə çağırıb.
"İnsanların öz problemləri öz fikirləri var. Mənə tez-tez deyirlər ki, nə üçün rinqdə görünmürəm. Bu gözəl sualdır. Bu çağırışlar işə yarayıb. Məndən daha yaxşı olduğunu sübut etmək istəyirsən? Hazıram. Floyd sadəcə mənə zəng et", - deyə Roy Cons sosial şəbəkə hesabında rəqibinə çağırış edib.