Müller də vətənini tərk etdi 

Müller də vətənini tərk etdi 

Almaniyalı hücumçu Tomas Müller MLS-in "Vankuver Whitecaps" klubunun formasını geyinəcək.

Olimpnews.az xəbər verir ki, klubun rəsmi saytının verdiyi məlumata görə, Münhen "Bayern"inin əfsanəsi ilə 1,5 illik - 2026-cı ilin sonuna kimi müqavilə imzalanıb.

Xatırladaq ki, Münhen komandası onunla müqaviləni yeniləməkdən imtina etdiyi üçün 35 yaşlı Müller azad agent kimi MLS klubuna keçib.