Bu gün UEFA Superkubokun qalibi müəyyənləşəcək

Bu gün UEFA Superkubokun qalibi müəyyənləşəcək

Bu gün futbol üzrə UEFA Superkubokunun qalibinin adına aydınlıq gələcək. 
Olimpnews.az xəbər verir ki, İtaliyanın Udine şəhərindəki "Friuli" stadionunda keçiriləcək həlledici oyunda UEFA Çempionlar Liqasının qalibi olan PSJ (Fransa) və UEFA Avropa Liqasının qalibi “Tottenhem” (İngiltərə) klubları qarşılaşacaq. Oyunun start fiti Bakı vaxtı ilə saat 23:00-da səslənəcək. Qarşılaşmanı portuqaliyalı Joao Pineyro idarə edəcək. Oyun Azərbaycan futbolu üçün də əlamətdar olacaq. Belə ki, Azərbaycanın FIFA dərəcəli hakimi Elçin Məsiyev də ədalət təmsilçiləri arasında yer alacaq. O, oyunda  dördüncü hakim olacaq.
Qeyd edək ki, bu titul hər iki klubun karyerasında qazanacağı ilk Superkubok titulu olacaq.