Daha bir Asiya ölkəsi Formula 1 üçün mürəciət edəcək

Daha bir Asiya ölkəsi Formula 1 üçün mürəciət edəcək

Özbəkistan hökuməti ölkədə Formula 1 tədbirinin keçirilməsində maraqlıdır. Jurnalist Co Sayvud şəxsi bloqunda qeyd edib ki, bu yaxınlarda keçirilən Sinqapur Qran-Prisində Özbəkistan nümayəndəsi Qran-Priyə ev sahibliyi etmək imkanını müzakirə etmək üçün görüş keçirib.
Xatırladaq ki, hazırda Formula 1 mərhələlərinə ev sahibliyi edən Asiya ölkələrinə Bəhreyn, Çin, Yaponiya, Səudiyyə Ərəbistanı, Azərbaycan, Sinqapur, Qətər və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) daxildir.