Abşeron Olimpiya İdman Kompleksində cüdo üzrə U-17 yeniyetmələr arasında Bakı şəhər birinciliyi keçirilib.
Olimpnews.az xəbər verir ki, 61 klub və idman cəmiyyətindən 587 idmançının (485 oğlan, 102 qız) mübarizə apardığı yarışda "Judo Club 2012"nin komandası bir dəst medalla yadda qalıb. Klubun heyətində Aysu Quliyeva +70 kq çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Pəri Məmmədli (-63 kq) gümüş, Tahir Əfəndiyev (+90 kq) isə bürünc medala sahib olub.
Qeyd edək ki, U-17 Bakı birinciliyi milli komandanın heyətinə seçim üçün vacib reytinq xalları qazandırıb.